“Məğlubiyyətin etirafı da ləyaqətdir” - VİDEO

“Məğlubiyyətin etirafı da ləyaqətdir” - VİDEO

“Ermənistan hakimiyyəti ilkin olaraq öz xalqı qarşısında məğlubiyyətini qəbul etməlidir. Əgər bunu etməsələr, onların hec bir gələcəyi olmayacaq”.

Bunu REAL-a müsahibəsində tanınmış rusiyalı politoloq Yuriy Mavaşyev dedi. Politoloq vurğuladı ki, Ermənistan bu müqaviləyə imza atmasaydı, Azərbaycan ordusu müharibəni iki həftə ərzində yenə də qələbə ilə bitirəcəkdi:

“Azərbaycan özünü məsuliyyətli və üzərinə öhdəlik götürən bilən ökə kimi təqdim etdi. Azərbaycan üçün ordunun potensialı baxımında bu münaqişəni bir dəfəlik həll etməkdə hec bir problem yox idi. Hərbi münaqişə davam etsəydi, döyüş iki həftəyə bitəcəkdi. Bütün bu mümkün idi. Mən çox şadam ki, Azərbaycan və onun rəhbərliyi bizim də Rusiyada gözlədiyimiz müdriklik nümayiş etdirdi. Nə vaxt ki, öz xalqına deməyə cəsarət və kişilik varsa ki, bəli, biz bu torpaqları özümüz təmizləyə bilərik, buna gücümüz var. Amma bunu qan tökülmədən, gələcək nəsillər naminə, həyat naminə, sülh naminə biz öhdəlik götürürük və bu addımı atırıq. Çox təssüf ki, Ermənistanda heç bir siyasi gücün cəsarəti yoxdur ki, bu müahribədə məğlub olduqlarını etiraf etsin. Məğlub olduğunu etiraf etmək lazımdır bu dövlətin ləyaqətini göstərir. Əgər bu qəbul olunmayibsa, Əgər öz xalqı qarşısında məğlubiyyətini etiraf etməyibsə Ermənisatanın heç bir gələcəyi yoxdur. Mən onu hec çür görə bilmirəm.

Fransa senatının Qarabağla bağlı mövqeyini də şərh edən rusiyalı politoloq bildirdi ki, Fransa özünü çox təhlükəli aparır, qeyri-konstruktiv siyasət yürüdür. Yuriy Mavaşyevin fikrincə, Azərbaycan Fransanın Minsk Qrupundan xaric edilməsini tələb etməlidir:

“Bütün müharibə ərzində Fransa göstərdi ki, münaqişənin bir tərəfini, Ermənistanı dəstəkləyir. Fransanın ünvanına Azərbaycan da daxil olmaqla, bir çox siqnallar verildi ki, özünü layiqli aparsın. Fransa özünü hamı üçün təhlükəli aparır. Bu tək Qarabağa aid deyil, dünyanın bir çox nöqtələrinə də aiddir. Qarabağ bir məsələdir, başqa məsələlər də var. Fransa hazirda özünü koloniyası olan ölkə kimi aparır. Mali və başqa koloniyalar. Mən hesab edirəm ki, Avrasiyada olan ölkələr, həmçinin Azərbaycan və Rusiya bu cəhdlərə qarşı müqavimət göstərməlidir.

Əlbəttə regionda olmayan ölkələr tərəfindən bir qıcıqlanma var, Fransa da region dövləti deyil, Qafqazda yerləşmir. Noyabrın 10-da tərəflər arasında əldə olunmuş razılaşmaya qarşı da çox böyük bir qıcıqlanma var. Çünki onda Fransa kənarda qaldı, indi istəyir ki, Azərbaycan və Rusiya kənarda qalsın. Mən hesab edirəm ki, Fransanın mövqeyi hec bir əhəmiyyət daşımır, hec nəyi dəyişən deyil. Hazırda Fransa sadəcə regionun digər dövlətləri ilə münasibətdə öz həyatını çətinləşdirir. Bu Azərbaycan və Türkiyədir, həmçinin Rusiya və İrana neqativ bir siqnaldır. Təssüf ki, Fransa özünü müstəqil oyunçu kimi göstərmir. Mən bu barədə dəfələrlər Rusiyanın federal kanallarında belə demişəm. İndi də qeyd etmək və diqqət çəkmək istəyirəm ki, bu problemin həlli üçün Fransanın bu qrupdan xaric edilməsi vacibdir. Bu Azərbaycanın haqqıdır. Azərbaycan müstəqil ölkə olaraq, Minsk qrupunun üzvlərini və həmsədirlərin tərkibini müəyyənləşdirə və tələb edə bilər”.

Politoloq deyir ki, Fransa bu hərəkətlə tək Azərbaycan və Türkiyə ilə deyil, bütün İslam dünyası ilə münasibətlərini korlayır. Bu isə ona yaxşı heç nə qazandırmayacaq:

"Bemək istəyirəm ki, bu tək iki ölkənin - Azərbaycan və Fransanın münasibətlərinə yox, həm də ərəb dünyası ilə münasibətlərə mənfi təsir edəcək. Bu Fransa üçün Qarabağdan daha əhəmiyyətlidir. Bu nöqteyi nəzərdən onlar odla oynayır. Onlar faktiki olaraq İslam dünyasını veclərinə almir. Mən anlamıram Fransa bu hərəkəti ilə neqativdən başqa nə qazanacaq”.

Rusiyalı politoloqun fikrincə, Fransada ədalətsiz siyasi elitanın olması artıq heç kəsi təəccübləndirmir. Hər bir ölkədə müxtəlif fikirli insanlar ola bilər. Ancaq belə fikirli siyasətçilərin dövlətin xarici siyasətini müəyyənləşdirməsi çox utancverici haldır.

Mənbə: www.realtv.az