Daşaltı fatehi - VİDEO

Tabor komandiri, mayor Elçin Takuzadə 1982-ci il dekabr ayının 4-də Yardımlı rayonunun Kürəkçi kəndində dünyaya gəlib. Cəmşid Naxçıvanski adına hərbi litseyi bitirdikdən sonra, 2001-ci ildə Heydər Əliyev adına AAHM-ə qəbul olunaraq, motoatıcı fakültəsində ali hərbi təhsil alıb. 2005-2006-cı illərdə Təlim Tədris mərkəzində zabit ixtisas kursunu bitirərək ordu sıralarında xidmətə başlayıb.

27 sentyabr 2020-ci ildə müzəffər Azərbaycan ordusu mənfur ermənilərə qarşı əks-hücuma başlayarkən mayor Elçin Takuzadə tabor komandiri kimi döyüşlərə qatılıb.

İlk döyüşlərinə Qaraxanbəyli kəndindən başlamış, Füzuli rayonunun bir neçə kəndlərində rəhbərlik etdiyi taborla birlikdə zəfər çalaraq, həmin yerləri uğurla işğaldan azad edib.

Şuşa şəhərinin alınması üçün giriş qapı rolunu oynayan, strateji əhəmiyyət daşıyan Daşaltı kəndinin alınması qəhraman döyüşçü mayor Elçin Takuzadəyə tapşırılır. Bir neçə dəfə ağır yaralansa da, döyüşü israrla davam etdirir. Məhz onun rəhbərliyi ilə son dərəcə çətin relyefdə yerləşən Daşaltı kəndi 04.11.2020-ci ildə işğaldan azad edilir.

Təəssüf ki, aldığı yaralar döyüşçünün halının ciddi şəkildə pisləşməsinə və hospitala yerləşdirilməsinə səbəb olur.

Elçin bədəninin bir cox yerlərindən - qolundan, ayağından və bel nahiyəsindən çox sayda qəlpə yaraları alıb. Hazırda bel hissəsində 13-ə yaxın qəlpə var.

Uca Yaradandan şəfa diləyir, tezliklə sağalmasını dua edirik. Allah qorusun!

Fidan Babayeva, "Yardımlının Səsi" qəzeti

 

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Antibiotiklər və hormonal dərmanlar ağırlaşmaya səbəb olur-Virusa yoluxanlara XƏBƏRDARLIQ

SONRAKI XƏBƏR

Hər gün yumurta yemək risklidir?