İranın ali ruhanisi qətlə yetirilən alimin qisasının alınacağını vəd edir

İranın ali ruhanisi qətlə yetirilən alimin qisasının alınacağını vəd edir

İranın ali ruhanisi şənbə günü Tehranın qadağan olunmuş hərbi nüvə proqramı ilə əlaqəsi olan alimin qətlinin arxasında olanların “qəti cəzalandırılmasına” çağırıb. İslam Respublikası bu qətlə görə İsraili günahlandırır.

On il öncə Tehranın nüvə proqramı ilə bağlı gərginliklər səbəbilə iranlı alimləri öldürməkdə şübhəli bilinən İsrail hələ ki, Mohsen Fəxrizadənin cümə günü qətli ilə bağlı şərh verməyib. Lakin hücum diqqətlə planlaşdırılan hərbi tərzdə pusqu əlamətləri daşıyır.

Bu qətl prezident Donald Trampın prezidentliyin son günlərində, ABŞ prezidentliyinə yeni seçilmiş Co Baydenin administrasiyasının Tehranın nüvə razılığına geri dönə biləcəyini söylədiyi bir vaxt ABŞ-la İran arasında gərginliyi yenidən artırmaq riski daşıyır. Pentaqon şənbə günü USS Nimitz təyyarə daşıyıcısını Yaxın Şərqə geri göndərdiyini bildirib.

Ali lider Ayətullah Əli Xamenei bəyanat yayaraq Fəxrizadəni “ölkənin tanınmış və görkəmli nüvə və müdafiə alimi” adlandırıb.

Xamenei deyib ki, İranın qətldən sonrakı ilk prioriteti “cinayətkərların və sifarişçilərin cəzalandırılması” nın olduğunu deyib. O əalvə məlumat paylaşmayıb.

Şənbə günü hökumətinin koronavirus üzrə işçi qrupu ilə görüşdə danışan prezident Həsən Ruhani qətlə görə İsraili günahlandırıb.

Ruhani deyib ki, Fəxrizadənin ölümü onların nüvə proqramını dayandırmayacaq. Xamanei də buna bənzər fikir səsləndirib. İranın mülki nüvə proqramı eksperimetnlərini davam etdirib və indi uranı 4.5 faizə qədər zənginləşdirir.

Lakin təhlilçilər Fəxrizadəni ABŞ-ın İkinci Dünya Müharibəsində atom bombasını yaradan Manhetten Lahiyəsinə başçılıq edən alim Robert Oppenhaymerlə müqayisə edirlər.

“Biz şəhid Fəxrizadənin ölümünə doöru zamanda cavab verəcəyik,” Ruhani deyib.

“İran xalqı sionistlərin tələsinə düşməyəcək qədər ağıllıdır. Onlar hərc-mərclik yaratmağı düşünürlər,” o əlavə edib.

Hücum cümə günü paytaxt Tehranın yaxınlığında İran elitasının kurort kəndi hesab edilən Absardda baş verib. İran dövlət televiziyası partlayıcılarla dolu yük maşının Fəxrizadənin olduğu sedan avtomobilin yanında partladığını bildirib.

Fəxrizadənin avtomobili dayanandan sonra beş silahlı şəxs maşına yaxınlaşaraq atəş açıb. Bu barədə yarı-rəsmi Təsnim xəbər agentliyi xəbər verib.

Fəxrizadə xəstəxənada həyatını itirib. Xəsarət alanlar arasında isə Fəxrizadənin cangüdənləri olub.

Mənbə: www.amerikaninsesi.org