Fransa qarışdı – Çox sayda etirazçı ilə polis arasında toqquşma – VİDEO

Fransa qarışdı – Çox sayda etirazçı ilə polis arasında toqquşma – VİDEO

Fransada etiraz aksiyası başlayıb.
Yeniavaz.com “ria.ru”ya istinadla xəbər verir ki, Parisdə etiraz aksiyası axşam saatlarında başlayıb. Polislə etirazçılar arasında qarşıdurma olub. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Etirazlar yeni qanun layihəsi səbəbilə aparılır.
Qeyd edək ki, qəbul edilməsi planlaşdırılan yeni qənuna əsasən artıq həm jurnalistlər həm də sıravi vətəndaşlar vəzifə başında olan polisləri videoya çəkə bilməyə cəklər. Hətta, bu cür kadrların yayımlanmasına görə, həbs cəzasının da veriləcəyi bildirilib. Etirazçılar isə bu qanunun cinayətləri və bir çox həqiqətləri gizlədəcəyini bildirirlər.

 

Mənbə: www.yeniavaz.com