Azərbaycanın yaxın dostu Makedoniyada yeni vəzifəyə seçildi

Azərbaycanın yaxın dostlarından sayılan Enes İbrahim Şimali Makedoniya Parlamentində yeni vəzifəyə seçilib.

Moderator.az xəbər verir ki, Şimali Makedoniya Parlamenti Azərbaycan və Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan parlamentləri ilə parlamentlərarası dostluq qruplarının qurulmasını qərara alıb.

Bu barədə danışan diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib:

“Enes İbrahim Şimali Makedoniya ilə Azərbaycan və Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan parlamentlərarası dostluq qruplarının rəhbəri seçilib. Enes bəy Azərbaycan-Şimali Makedoniya parlamentləri arasında sıx əlaqələrin qurulmasına çalışacaq. O, həm də Azərbaycanın haqq səsini Balkanlarda ucaldan, bizi fəal müdafiə edən siyasətçilərdən sayılır”.

Qeyd edək ki, Enes İbrahim Balkanlarda Qarabağ və Azərbaycan məsələsini fəal şəkildə müdafiə edən siyasətçilərdəndir. Türk Hərəkatı Partiyasının rəhbəri, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupuna rəhbərlik edir. Enes İbrahim “Ufuq” Dərnəyinə rəhbərlik etdiyi zamanlar Makedoniyada Dağlıq Qarabağ münaqişəsinin Makedoniya cəmiyyətinə çatdırılmasında böyük fəallıq göstərib. O bu gün də Azərbaycanla bağlı aktiv fəaliyyətini davam etdirir.

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Erməniliyin mənsəbi...

SONRAKI XƏBƏR

Qarabağ müharibəsinə 5 oğul göndərən ailə