Mustafa Şəntop: “Atatürkün Naxçıvan sərhəd qapısını açıq saxlamaq üçün etdiyi səylər...”

Mustafa Şəntop: “Atatürkün Naxçıvan sərhəd qapısını açıq saxlamaq üçün etdiyi səylər...”

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Təkirdağ-Hayrabolu yolunun açılışında Azərbaycanın Qarabağda qələbəsindən danışıb.
Yeniavaz.com “AA”ya istinadla xəbər verir ki, Şəntop çıxışı zamanı Türkiyənin Naxçıvan vasitəsilə Orta Asiyaya avtomobil və dəmir yolu əlaqələrinin qurulmasını böyük uğur adlandırıb:
“Cumhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün sərhəd qapısına verdiyi əhəmiyyət və həmin qapsını açıq saxlamaq üçün göstərdiyi səylər illər sonra səmərəsini verdi. Ölkə olaraq bunun sevincini yaşayırıq”.
TBMM sədri çıxışının davamında həmin yol vasitəsilə çox sayda vacin işlərin görüləcəyini və bunun verəcəyi müsbət tövhələrdən danışıb.
 

Mənbə: www.yeniavaz.com