"Glavred" (Ukrayna): Putin Qarabağda istəklərinə 300 faiz müvəffəq oldu

"Glavred" (Ukrayna): Putin Qarabağda istəklərinə 300 faiz müvəffəq oldu

Azərbaycan Ermənistanı məğlub etməklə həm də Paşinyanın siyasi karyerasının sonunu cızdı. Artıq Paşinyan ermənilər tərəfindən bir xain kimi qəbul edilir. Nə özünün, nə də Ermənistanın revanş imkanı olmadığı üçün hamı ondan imtina edir.

Ermənistandakı “demokratik inqilab”ın tamamilə qurama olduğu ortaya çıxdı. Paşinyan Avropaya doğru inkişaf vektoru müəyyən etmişdi. Amma son nəticədə Paşinyan Ermənistanı rus tövləsinə döndərməsə də, yüz faiz təsir altına qaytardı. Yəni, “sənə dediklərimi edəcəksən, əks halda qalanları da itirəcəksən”. İndi Ermənistan tamamilə Rusiyadan asılıdır. Tamamilə. Tamamilə…

Rusiya başqa bir suveren ölkənin ərazisinə öz hərbi kontingentini yeritdi. İndi Rusiya hərbçiləri faktiki olaraq Azərbaycandadır. Putinin Paşinyana necə təzyiq etdiyi bəllidir. Bəs Əliyevə necə təsir etdi. Doğrudur, Əliyev müharibədə qələbə qazandı, işğalda olan torpaqları azad etdi. Amma Putin Əliyevə sonuncu ermənini Azərbaycan ərazilərdən birdəfəlik qovulmasına və bu problemin əbədiyyən qapadılmamasına imkan vermədi. Bu, Putinin daha bir qələbəsidir. Üstəlik bu gedişlə Türkiyə orada nəzarəti tam ələ keçirəcəkdi. Amma Rusiya buna imkan vermədi. Bu da Putinin üçüncü qələbəsidir.

Beləliklə, Rusiya həm bölgədə nüfuzunu artırdı, həm də də sülh anlaşmasında əsas oyunçu olduğunu beynəlxalq aləmə sübut etdi. İndi istəsən də, istəməsən də, dünya birliyi Putinlə hesablaşmalı olacaq.

Mənbə: konkret.az