Arutyunyan: "Meşələrdə gizlənən oğlanlarımızı azərbaycanlılar indi də öldürür" - Erməni təxribatı

Arutyunyan: "Meşələrdə gizlənən oğlanlarımızı azərbaycanlılar indi də öldürür" - Erməni təxribatı

Ermənilərin növbəti etirafı, yoxsa növbəti təxribatı?!

Artıq 20 günə yaxındır ki, Dağlıq Qarabağda sülh hökm sürür. Orduya səfərbər edilən ehtiyat qüvvələr tərxis olunur. Beləcə hər kəs evinə dönür. Amma Ermənistanda və Qarabağda vəziyyət bir qədər başqa cürdür. Müharibə vaxtı səfərbər olan yüzlərlə ermənidən xəbər-ətər yoxdur.

KONKRET.az “Aysor.am” nəşrinə istinadən xəbər verir ki, Ermənistanda və Qarabağda əsgər anaları ayağa qalxıb hökumətdən övladların taleyini soruşurlar. “Jurnalist və hüquq müdafiəçisi Arman Qaribyan Facebook səhifəsində yazıb ki, “İtkin düşən hərbçilərin valideynləri bu gün səhər saatlarında Stepanakertdəki (Xankəndi-red) əsas Azatamartikov prospektini bağlayıblar. Sonra valideynər Arayik Arutyunyanla görüşüblər. Görüşdə valideynlərə bildirilib ki, itkin düşənləri axtarmaq üçün Azərbaycanın nəzarətində olan ərazilərə girməsinə icazə verilmir. Arutyunyan deyib ki, “Meşələrdə gizlənən oğlanlarımızın olduğunu bilirik. Amma azərbaycanlılara onların hansı sahələrdə olduqlarını deyən kimi, ora gedib uşaqlarımızı öldürürlər”.

Qeyd: Arutyunyanın bu sayıqlamsı əslində məsuliyyətdən yaxasını qurtarmaq cəhdidir. Amma bu fikir iki vacib məsələni gündəmə gətirir.

Birincisi, Ermənistan hökuməti və onun Qarabağdakı əlaltıları ikinci Qarabağ savaşındakı hədsiz sayda böyük canlı qüvvə itkisini gizlədir. Minlərlə sadə erməninin onların siyasi ambisiyalarına qurban getdiyini etiraf etməyə cəsarətləri çatmır.

İkincisi, Ermənistan hökuməti sülh anlaşmasını pozaraq Dağlıq Qarabağda gizli silahlı dəstələr saxlayır.

 

Mənbə: konkret.az