"Bloomberg": Türkiyə Rusiya ilə bəzi problemlər üzündən ABŞ-a yaxınlaşmaq niyyətindədir

"Bloomberg": Türkiyə Rusiya ilə bəzi problemlər üzündən ABŞ-a yaxınlaşmaq niyyətindədir

Ankara bir sıra amillərə görə xarici siyasətini yenidən nəzərdən keçirmək niyyətindədir. Bu həm prezident seçkilərində qalib gəldiyini elan edən Co Baydenlə yeni əlaqələr qurmaq, həm də AB-nin sanksiya təhdidini aradan qaldırmaq istəyi ilə bağlıdır.

KONKRET.az xəbər verir ki, bu barədə populyar “Bloomberg” nəşri məlumat yayıb. Məlumatda deyilir ki, “Moskvanın Suriya hakimiyyətini dəstəklədiyinə və bu bölgədə vəziyyəti daha da gərginləşdirdiyinə görə Türkiyə ilə Rusiya arasındakı fikir ayrılığı var. Rusiya Liviyada Milli Ordunu, Türkiyə isə Tripolinin beynəlxalq səviyyədə tanınan hökumətini dəstəklədiyinə görə əks qütblərdə dayanıb. Bundan əlavə, Türkiyə Azərbaycanı dəstəkləyərək Qafqazda Rusiyanın nüfuz dairəsinə girdi”.

“Bloomberg” mənbələrindən birinə görə, Ankara Baydenin NATO ortaqları ilə fikir ayrılıqlarını aradan qaldırmağa kömək edəcəyinə və çoxdan gözlənilən silah sövdələşməsinin rellaşacağına inanır.

 

Mənbə: konkret.az