Dörd həftəlik müddətdə: 58 mindən çox yoluxma, 593 ölüm

Dörd həftəlik müddətdə: 58 mindən çox yoluxma, 593 ölüm

Nazirlər Kabineti yanında operativ qərargahın 28 noyabr hesabatına əsasən, indiyədək Azərbaycanda 114 min 25 nəfər koronavirus infeksiyasına yoluxub, 1323 nəfər xəstəliyin qurbanına çevrilib.

Yoluxmaların 58 mindən çoxu, ölümlərin 593-ü noyabr ayının ötən dörd həftəlik müddəti ərzində baş verib.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Novator.az bildirir ki, aylar üzrə yoluxma və itki belə rəsmiləşib:

fevral – 3 yoluxma

mart – 295 yoluxma, 5 ölüm

aprel – 1506 yoluxma, 19 ölüm

may – 3690 yoluxma, 39 ölüm

iyun – 12030 yoluxma, 150 ölüm

iyul – 14354 yoluxma, 235 ölüm

avqust – 4557 yoluxma, 86 ölüm

sentyabr – 3794 yoluxma, 57 ölüm

oktyabr – 15040 yoluxma, 139 ölüm

noyabr – 58756 yoluxma, 593 ölüm.

pia.az

Mənbə: pia.az