Böyük Britaniya Rusiyanın “Tu-142” təyyarələrini Şimal dənizi üzərində ələ keçirildiyini elan edib

Britaniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanının yaxınlığında uçan Rusiyanın “Tu-142” təyyarələrini tutmaq üçün “Tayfun” qırıcılarını şənbə günü Şotlandiyadakı Lossimut bazasından havaya qaldırıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Kral Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Böyük Britaniyanın Kral Hava Qüvvələrinin “Tayfun” qırıcıları İngiltərənin hava məkanı yaxınlığında, Şimal dənizi üzərindəki Rusiya hərbi təyyarələrini tutmaq üçün havaya qaldırıldı.

İki Rusiya “Tu-142” təyyarəsi tutulub”, - rəsmi məlumatda qeyd olunur.

Məlumatda həmçinin qeyd olunur ki, Rusiya döyüş təyyarələrinin Şimal dənizi üzərindəki bu sıx hava məkanında uçması təhlükələrə səbəb ola bilər.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Jerar Depardye: Azərbaycana heyranam, Sizin böyük ürəyiniz var

SONRAKI XƏBƏR

Maradonanın xatirəsini yad edən Ançelotti göz yaşlarına hakim ola bilmədi - VİDEO