Yunanlar S-300-ləri sınaqdan keçirdi

Yunanlar S-300-ləri sınaqdan keçirdi

Yunanıstan Silahlı Qüvvələri Krit adasında S-300 zenit raket kompleks sistemlərini sınaqdan keçirib.

KONKRET.az xəbər verir ki, sınaq prosesi 23-27 noyabrda keçirilən təlimlər zamanı baş tutub.

Təlimlərə Yunanıstanla birgə Almaniya, Hollandiya və ABŞ hərbçiləri də qatılıb.

Eyni zamanda, təlimlərdə TOR-M1 və OSA-AK özüyeriyən zenit raket kompleks sistemlərindən də istifadə edilib.

Mənbə: konkret.az