Hikmət Hacıyev: "Ermənistanın Ağdamdakı dağıntıları nüvə silahından da pisdir"

“Məşhur Qarabağ şikəstəsi muğamı yenidən Qarabağ torpağına qayıdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

“Gənc müğənni bu gün (dünən-red) dağıdılmış və talan edilmiş Ağdam Mədəniyyət Evinin qarşısında çıxış etdi. Qarabağ Azərbaycan xalqının təqribən min illərlə tarixi olan mədəni və sivil irsidir”, – deyə o vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, işğal edilmiş torpaqlarda, o cümlədən Ağdamda Azərbaycan xalqının mədəni və dini irsinə qarşı belə vandalizmdən sonra Ermənistanın dəyərlərdən danışmağa haqqı yoxdur.

Ağdamı Cənubi Qafqazın “Xirosiması” adlandıran Hikmət Hacıyev Ermənistanın 30 illik işğal müddətində burada törətdiyi dağıntıların nüvə silahından da pis olduğunu qeyd edib.

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilər Rusiya səfirliyi qarşısına yürüş edəcəklər

SONRAKI XƏBƏR

Müharibə vaxtı Kim Kardashiana zərbə vuran azərbaycanlı kimdir?