BƏƏ-də ABŞ hərbçisi həlak olub

BƏƏ-də ABŞ hərbçisi həlak olub

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ABŞ hərbçisi həlak olub.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi hadisənin döyüş əməliyyatları ilə əlaqəli olmadığını və ölkənin Hava Qüvvələrinin kapitanı Killian Lelinin "Əl Dafra" aviabazasında baş verən yol qəzasında öldüyünü qeyd edir.

Digər təfərruatlar barədə məlumat verilmir. Hadisənin səbəbləri araşdırılır.

Mənbə: az.trend.az