Alimin qətli: İran bəhanə verməyəcək - Puşkov

Alimin qətli: İran bəhanə verməyəcək - Puşkov

İranın nüvə fiziki Möhsün Fəxrizadənin qətli silahlı konfliktə səbəb olacağını düşünmürəm.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov Tvitter hesabında yazıb.
O, İranın cavabının nümayişkaranə olmayacağını bildirib:
“Tehran ABŞ-ın İranın nüvə proqramına qayıtmasında maraqlıdır. Aydındır ki, bu qətlin hədəfi gərginliyin artmasıdır. İran müharibə üçün bəhanə verməyəcək: çünki onun düşmənləri məhz bunu istəyir”.

Mənbə: teref.az