ABŞ generalı Türkiyə və Azərbaycanı dəstəkləməyə çağırdı

ABŞ generalı Türkiyə və Azərbaycanı dəstəkləməyə çağırdı

ABŞ ordusunun Avropadakı keçmiş komandanı general Ben Hodges Brüsselldə yerləşən Euobserver saytında çox maraqlı yazı ilə çıxış edib.

General məqaləni Qarabağa Rusiya sülhməramlılarının daxil olması və bununla bağlı yaranmış vəziyyətə həsr edib.

PİA.az xəbər verir ki, ABŞ generalının bu məqalədə diqqəti cəlb edən iki fikri var-Rusiyanın regionda xüsusi fəallıq etdiyi bu dövrdə Türkiyə və Azərbaycana ABŞ və NATO ciddi dəstək verməlidir.
Məqalədə diqqəti cəlb edən çox mühüm bir mesaj da var.

Hodges yazır ki, regionda yalnız Azərbaycan ərazisində Rusiya hərbçiləri yox idi.Qərbin prosesə seyrçi qalması nəticəsində Rusiya bu ölkəyə də hərbi qüvvələrini yeritdi.

General açıq şəkildə bildirir ki, yaşadığımız əsr boyunca bu regionda təhlükəsizliyin təmin edilməsində Qərbin əsas müttəfiqi olaraq yeganə ölkə Türkiyə çıxış etdiyinə görə ABŞ və NATO bu ölkəyə hər cür dəstək verməlidir.

ABŞ generalı onu da qeyd edir ki, Qarabağ problemi Azərbaycanın suveren hüquqları çərçivəsində həll edilməlidir.

 

Mənbə: pia.az