Puşkov İranda müharibə riskini AÇIQLADI: düşmənlər bunu gözləyir

Puşkov İranda müharibə riskini AÇIQLADI: düşmənlər bunu gözləyir

“İran Müdafiə Nazirliyinin nəzdindəki tədqiqat və innovasiya təşkilatının rəhbəri, nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsi düşünmürəm ki, müharibə yaratsın”.

Publika.az-ın məlumatına görə, bunu rus senator Aleksey Puşkov deyib.

Onun fikrincə, Fəxrizadənin qətlinə reaksiya o qədər də nümayişkaranə olmayacaq. “Rəsmi Tehran ABŞ-ın İranın nüvə proqramı ilə bağlı razılaşmaya qayıtmasında maraqlıdır. Sui-qəsdin gərginliyin artmasına və belə bir ssenarinin pozulmasına yönəldiyi açıqdır. İran müharibə üçün bir səbəb göstərməyəcək. Çünki düşmənləri bunu gözləyir”, - Puşkov qeyd edib.

Akqabay

Mənbə: publika.az