Aralıq dənizində vəziyyət gərginləşir - 5 ölkə Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ

Aralıq dənizində vəziyyət gərginləşir - 5 ölkə Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ

Hər il Misir, Yunanıstan və Cənubi Kipr silahlı qüvvələri arasında təşkil olunan hərbi təlimlərdə bu il Fransa və Birləşmiş Ərəb Əmirlikləri də iştirak edəcək.

Publika.az xəbər verir ki, Türkiyəyə qarşı hər zaman öz çirkin niyyətlərini həyata keçirməyə çalışan ölkələrin sırasına digər 2 dövlətin daxil olması təxribat hesab olunur.

Misir, Yunanıstan və Cənubi Kipr bununla bir müddətdir gərginliyin davam etdiyi Şərqi Aralıq dənizindəki mövcud vəziyyəti daha da gərginləşdirmək istəyir.

Qeyd edək ki, BƏƏ və Fransanın ilk dəfə iştirak edəcəyi təlim 30 noyabr-6 dekabr tarixləri arasında Misirin İskəndəriyyə şəhərində baş tutacaq.

Akqabay

Mənbə: publika.az