İran hökumətinin sözçüsündən kritik açıqlama: Fəxrizadəni buna görə öldürdülər

İran hökumətinin sözçüsündən kritik açıqlama: Fəxrizadəni buna görə öldürdülər

“Bu cür terror hadisələrindən sonra böyük bir psixoloji əməliyyat dövriyyəyə girir. Bu şəkildə kəşfiyyat və təhlükəsizlik qrupları zəiflədilməməlidir”.

Publika.az-ın məlumatına görə, bunu nüvə alimi Möhsün Fəxrizadənin qətlinə münasibət bildirən İran hökumətinin sözçüsü Əli Rəbii İnstaqram hesabında qeyd edib.

O bildirib ki, alimin sui-qəsdi ABŞ Prezidenti Donald Trampdan sonra dünyanın daha az gərgin bir nizama qovuşma ehtimalından narahat olanlar tərəfindən həyata keçirilib: “Qətlin məqsədi cəmiyyətin dincliyini və bölgənin təhlükəsizliyini pozmaq, ümidsizlik yaratmaq, rəsmi Tehranın strategiyasında qarışıqlıq yaratmaqdır”.

İrandakı bəzi siyasətçilər ölkənin kəşfiyyat qruplarının Fəxrizadə sui-qəsdində zəif olduqlarını, ABŞ və İsrail kəşfiyyatının İranın ən əhəmiyyətli bölmələrinə sızdığını iddia edirlər.

Akqabay

Mənbə: publika.az