Sensasion iddia: Paşinyan Putinlə görüşəcək və istefa verəcək - Gizli danışıqların detalları

Sensasion iddia: Paşinyan Putinlə görüşəcək və istefa verəcək - Gizli danışıqların detalları

Qarabağda Azərbaycana qarşı böyük məğlubiyyətə uğrayan Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verəcəyi iddia edilir.

Avropa.info xəbər verir ki, bu haqda Ermənistan mətbuatı yazır.
İddiaya görə, dekabrın 4-də Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və bundan sonra istefa qərarını açıqlayacaq. Paşinyanın müvəqqəti hökuməti Ermənistanın keçmiş kəşfiyyat rəisi Artur Vanetsyana təhvil verəcəyi bildirilir.
Ermənistan mətbuatının yazdığına görə, 44 günlük müharibədən məğlub çıxan Paşinyan lideri olduğu və parlamentdə çoxluq təşkil edən "Mənim addımım" fraksiyası ilə görüş keçirib.

"Deputatlar Paşinyana uzun müddət dəstək verə bilməyəcəklərini açıqlayıblar. Bundan sonra, Paşinyan xüsusi nümayəndə təyin edərək, onu gizli şəkildə "Vətən" partiyasının lideri Artur Vanetsyanla görüşə göndərib. Paşinyan təmsilçisi vasitəsilə müxalifət rəhbəri ilə danışıqlara apararaq, Ermənistanda hakimiyyətin ötürülməsinə razılaşıb" - Ermənistan mətbuatı belə yazır.
İddialara görə, baş nazir Nikol Paşinyan dekabrın 4-dək Moskvaya rəsmi səfər edəcək və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Bu görüşdən sonra Paşinyanın vəzifəsindən istefa edəcəyi gözlənilir.

Mənbə: avropa.info