Pənah Hüseynin zabit oğlu Kəlbəcərdə: atası oranı 2 aprel 1993-də tərk etmək məcburiyyətində qalmışdı

Pənah Hüseynin zabit oğlu Kəlbəcərdə:  atası oranı 2 aprel 1993-də tərk etmək məcburiyyətində qalmışdı

Azərbaycanın sabiq Baş naziri, AXP sədri Pənah Hüseyn özünün Facebook profilində maraqlı bir status yazıb:

"2 aprel 1993- cü ildə Kəlbəcərdən Gəncəyə geri gəldim. Bu gün oğlumun əsgərlərilə Murovu aşıb Kəlbəcərə daxil olması xəbərini aldım. Allaha şukürlər olsun!".

Sabiq Baş nazirin oğlu, baş leytenant Vaqif Hüseyn Vətən müharibəsinin aktiv dönəmində ordu sıralarına qatılıb. Xocavənd rayonunda xidmət həyata keçirdib. Bu gün isə o, işğaldan yenicə azad edilmiş Kəlbəcər rayonuna xidmətə göndərilib.

Vaqif Hüseyn "Yeni Müsavat" Media Qrupunun hüquqşünası, eyni zamanda, siyasət yazarıdır. Vətən müharibəsinə qatılarkən, son iş yeri media qrupumuz olub. O, hazırda da ştatda qalır.

Xatırladaq ki, Kəlbəcər Pənah Hüseynin Baş naziri olduğu Elçibəy iqtidarı dönəmində, 1993-cü ilin 2 aprelində işğal olunub.

Mənbə: moderator.az