Erməni nazir: “Azərbaycan bazarı bizim üçün, bizim bazar da Ermənistan üçün açıla bilər”

Erməni nazir: “Azərbaycan bazarı bizim üçün, bizim bazar da Ermənistan üçün açıla bilər”

Ermənistanın yeni təyin edilən İqtisadiyyat naziri Vaqan Kerobyan sərhədlərin açılması və uzunmüddətli proqramların mümkünlüyü barədə danışıb.

Cebhe.info xəbər verir ki, “1-ci kanal"a müsahibəsində nazir bildirib ki, iqtisadiyyatın inkişaf üçün sərhədlərin açılması yaxşı imkan yaradar:

"İqtisadiyyatımızın dünya bazarına çıxması üçün bu yaxşıdır. Başqa sözlə, əgər daha ucuz və keyfiyyətli mallar gətirsək, yerli istehsalın səviyyəsi də yüksələcək. 1 yanvardan etibarən Ermənistana Türkiyə mallarının idxalına qadağa qoyulacaq, nəticədə bazarda 200 milyon dollarlıq boşluq yaranacaq. Bu qərar müharibə dövründə qəbil edilib. Mən bu siyahını götürməyi və üzərində işləməyi təklif edirəm. Qoy türk mallarının yerində erməni malları olsun".

Nazir qeyd edib ki, uzunmüddətli proqramlar sərhədlərin açılmasıyla bağlıdır: "Sərhədlərin açılması geniş imkanlar verir, bizim ixracatçılar öz məhsullarını Rusiya və digər ölkələrə daha sərfəli yolla göndərə bilərlər. Türkiyə limanları açılar, geniş imkanlar yaradar. Ola bilsin ki, Azərbaycan bazarı bizim üçün, bizim bazar da Ermənistan üçün açılsın. Bundan istifadə edə biləcək insanlar lazım olacaq".

Xəzər
Cebhe.info

 

Mənbə: cebhe.info