Koçaryanın ofisi: Paşinyan həmişəki kimi yalan danışır

Koçaryanın ofisi: Paşinyan həmişəki kimi yalan danışır

Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan ölkənin baş naziri Nikol Paşinyanın feysbuk səhifəsində bugünkü iki yazısı ilə əlaqədar bəyanatla çıxış edib.

Bu barədə Sonxeber.az "Report"a istinadən xəbər verir.

Koçaryanın ofisinin rəhbəri bildirib ki, Baş nazir əvvəlki kimi xalqı aldadır.

"Paşinyanın bugünkü iki yazısı haqqında: o, həmişəki kimi yalan danışır. Daha ətraflı növbəti həftənin gedişatında şərh edəcəm", - o sosial şəbəkədə yazıb.

Mənbə: sonxeber.az