“KTMT məsələyə qarışmalıdır” – Rus spikerdən Qarabağ açıqlaması

“Dağlıq Qarabağdakı vəziyyətin həlli məsələsinə siyasətçiləri və bütün maraqlı tərəfləri cəlb etmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu KTMT Parlament Assambleyasının rəhbəri, Dövlət Dumasının sədri Vyaçeslav Volodin təşkilatın iclasında deyib.

Volodin KTMT Baş katibi Stanislav Zasdan bu məsələyə qarışmasını istəyib.

“Münaqişə, Dağlıq Qarabağ ətrafında baş verən faciə ilə əlaqəli problemləri aradan qaldırmaq üçün vəziyyətin həlli məsələlərinin siyasətçilərin və bütün maraqlı tərəflərin iştirakı ilə yerinə yetirilməsi üçün hər şeyi etməliyik”, - Volodin bildirib.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Yaponiyada nəhəng “Gundam” robotu ictimaiyyətə təqdim edilib-

SONRAKI XƏBƏR

Gələn ilin birinci rübü neft bazarı üçün çətin olacaq