Məhkumların görüş və əmanət qəbul etmə hüquqları məhdudlaşdırılıb- Gürcüstanda

Məhkumların görüş və əmanət qəbul etmə hüquqları məhdudlaşdırılıb- Gürcüstanda

Gürcüstan hökuməti təqsirləndirilən və məhkəmənin hökmü ilə azadlıqdan məhrum olunan şəxslərlə bağlı yeni qərar qəbul edib. Qərara əsasən, bu qəbildən olan şəxslər dekabrın 28-dək qısamüddətli görüşdən istifadə və sovqat qəbul edə bilməyəcəklər.

Bu barədə Gürcüstan Penitensiar Xidməti məlumat yayıb.

Bildirilir ki, bu, Gürcüstan hökumətinin ölkədə epidemioloji vəziyyətlə əlaqədar qəbul etdiyi qərarlarla uyğundur və cəzaçəkmə müəssisələrində koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyır(azərtac).

Mənbə: strateq.az