Uşaqlara qalxan əllər - VİDEO

Ötən həftə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edildi.

Bu sənəddə ölkə üzrə uşaqların müdafiə mexanizmlərinin gücləndirilməsi və genişləndirilməsi kimi məsələlər əksini tapacaq. Həmçinin Fəaliyyət planında həyata keçirilən istiqamətlər müəyyən olunmuş prinsiplər əsasında formalaşacaq. Həmin qaydalar isə uşaqların maraqlarının qorunması, onlar üçün bərabər imkanların yaradılmasıdır. Bununla da uşaqlara qarşı zorakılığın qadağan olunmasıyla bağlı qanunlar təkmilləşdiriləcək.

Bu yöndə aidiyyatı qurumlar sosial həyatın bütün sahələrində təkliflər hazırlayacaq.

Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin sədr müavini Jalə Əliyeva deyir ki, uşaq hüquqlarından danışılarkən xüsusilə onların məişət zorakılığına məruz qalması, cəmiyyətin hər hansısa fərdi tərəfindən erkən əməyə cəlb edilməsi, hüquqlarının tapdalanması kimi məsələləri vurğulamaq lazımdır.

Millət vəkili bildirdi ki, uşaqların hüquqlarının qorunması ilə bağlı artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə lazımi tapşırıqlar verilib.

Komitə sədrinin müavini bildirdi ki. zaman keçdikcə uşaq qaynar xəttinin fəaliyyətinin artırılmasına, onların yenidən işlənib hazırlanmasına, daha da çevik mexanizmin yaradılmasına ehtiyac var. Növbəti ilə ərzində bu istiqamətdə işlər görüləcək.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Nüvə aliminin qətlinin arxasındakı sirr - Tramp -İsrail işbirliyinin hədəfi nədir?

SONRAKI XƏBƏR

Paşinyan indi də Rusiyanın Baş nazirinə zəng etdi