Avropanı dəyişəcək daha bir Fransa inqilabı:Etirazlar Makronu “taxtdan” sala bilər

Fransada “Qlobal Təhlükəsizlik Haqqında” Qanunun qəbluna etirazlar kütləvi xarakter alıb.

Ölkədə Prezident Emmanuel Makrona qarşı yaranmış inamsızlıq artıq Senatı da əhatə edib. Fransa ictimaiyyəti ali qanunverici orqanın fəaliyyətini şübhə alıb. Narazı xalq kütlələrinin polis zorakılığına məruz qalması hakimiyyətə etirazları daha da artırıb. Fransızlar Senatı və prezident Makronu ölkədə söz azadlığını boğmaqda ittiham edir. Qeyd edək ki, “Qlobal Təhlükəsizlik Haqqında” Qanuna görə, hüquq-mühafizə və hakimiyyət orqanlarında çalışan şəxslərin fotoşəklini icazəsiz çəkən hər bir şəxsi 45 min avro cərimə, yaxud 1 il müddətinə həbs cəzası gözləyir. Bu sənədin qəbulu Makron iqtidarından narazı olan fransızları daha da qəzəbləndirib. Hazırda Avropa ölkələrində koronavirusun ikinci dalğasının sürətlə yayıldığını nəzərə alsaq, pandemiyanın iqtisadı fəsadlarının artacağı gözlənilir. Bu baxımdan, Fransadakı aksiyalar qonşu ölkələrə də transfer edə bilər.

Politoloq Məhəmməd Əsədullıazadə hesab edir ki, Fransada baş verən etirazlar Makronun prezident seçilməsindən sonra bu ölkədə radikal və anti-demokratik sistemin qurulması cəhdləri ilə bağlıdır: “Fransada islamafobiya, etnik azlıqlara, miqrantlara qarşı diskriminasiya siyasəti həyata keçirilir. Bu da sivil və hüquqi cəmiyyət olan Fransada etirazlara səbəb olur. Xalq bu siyasətin Fransaya xas olmadığını görür. Bir müddət öncə Fransada baş qaldıran “Sarı jiletlilər” hərəkatı Makronun sərt siyasətinin nəticəsi idi. Doğrudur, bu qarşıdurma Fransa və ABŞ arasında müəyyən qlobal ziddiyətlərdən də qaynaqlanırdı. Amma hazırda Parisin küçələrini əhatə edən etirazlar “Qlobal Təhlükəsizlik Haqqında” qanunun qəbulu ilə bağlıdır. Bu da növbəti prezident seçkilərində Makronun prezident kürsüsündən məhrum olmasına gətirib çıxara bilər. Fransanın paytaxtında belə hadisələrin baş verməsi növbəti mərhələdə Avropanın digər ölkələri olan Belçikaya, Almaniya, İspaniyaya da sirayət edə bilər. Həmin ölkələr eyni qanunu qəbul etsələr, etiraz dalğası oraya da yayılacaq. Çünki yeni düzən formalaşır. Avropa İttifaqı daxilində də parçalanmalar var. Dövlətlərin sosial, iqtisadi, siyasi problemləri getdikcə artır.

Avropa ölkələri də bu problemlərdən sığortalanmayıb. Əgər iqtisadi cəhətdən indiyə qədər sabit olan Fransada belə hadisələr baş verirsə, digər ölkələrdə də bu mümkündür. Ümumiyyətlə, Fransa inqilabları digər dövlətlər üçün presedent olub. Bu baxımdan, Fransa hadisələri beynəlxalq münasibətlər sisteminə təsir göstərə bilər. Makron özünün hakimiyyət iddialarını dövlət və xalq maraqlarından üstün tutur. O, Fransanın milli strateji maraqlarını özünün şəxsi və oliqarx maraqlarına qurban verir. Bu da Makronun Fransa xalqının deyil, müəyyən oliqarxik qrupun mənafeyini təmsil etdiyini göstərir. Son günlər baş verən etirazlar da Makronun siyasətinə qarşıdır və daha da genişlənə bilər”.
Müşfiq Abdulla
Cebhe.info

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

BMT Zöhrab Mnatasakanyanı işə götürməməlidir - Deputat

SONRAKI XƏBƏR

"AzerTelecom"un Xəzərin dibindən keçən rəqəmsal layihəsi “Türkmentel 2020”də müzakirə edilib