Marketinq və Steateji Planlama mütəxəssisi Alxan Xələfov: "Ödənişlər 6 ay müddətinə dondurulsun"

Marketinq və Steateji Planlama mütəxəssisi Alxan Xələfov: "Ödənişlər 6 ay müddətinə dondurulsun"

Əsgər və zabitlərin kredit borcları ilə bağlı yeni təklif

Hazırda hərbi xidmətdə olan və vətən muharibəsi iştirakçısı olan əsgər və zabitlərimizin ödənişləri ən az 6 aylıq bir müddətə dondurulması çox yaxşı bir addım olardı.

Bu təklifi Marketinq və Strateji Planlama üzrə mütəxəssis Alxan Xələfov Bizimyol.info-ya açıqlamasında bildirib.

Alxan Xələfov Azərbaycan banklarına əsgər və zabitlərin kredit borcları ilə bağlı daha bir təkliflə çıxış edərək bildirib ki, nəzərə alsaq ki, əsgərlərimizin valideyinləri uşaqları və ailələri var.İndiki durumda onların ailələrinin hər hansı maliyyə problemlərinin olması əsgərlərimizin gözlərinin arxada olması deməkdir.Banklar bu məsələni dərindən incələyərək ,bununla bağlı 6 aylıq ödənişlərin dondurulması və gecikmələrə görə hesablanmış faizlərin silinməsi ilə bağlı qərar qəbul etməsi çox yaxşı addım olardı.Statistiki analiz edərkən 20 min əsgər və zabitimizin kredit ödənişi ola biləcəyi ortaya çıxır ki, bu da banklarımız üçün heç də böyük bir maliyyə problemi deyil. Bundan əlavə onu da qeyd edim ki, bankların kredit muqavilələrində 6 -cı bəndində Fors -Major hallar haqqında məsələ var .45 günlük müharibə dövrüdə Fors-Major hala daxildir və həmin dövürdə kredit ödənişlərinin olmaması və gecikmə faizlərinin silinməsi halıda tam huquqi bir addım olardı.Bu qərar bankların əhalimizin rəğbətini qazanmasına səbəb olacaqdır.

Mənbə: www.bizimyol.info