Paşinyan güc strukturlarını topladı

Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının rəhbərləri ilə vətəndaşların təhlükəsizliyi və hüquq qaydalarının qorunması məsələlərini müzakirə edib.

Virtualaz.org bildirir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilir ki, görüşdə Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan, polis rəisi Vage Kazaryan, ədliyyə naziri Rüstəm Badasyan, Milli Məclisin dövlət-hüquq məsələləri daimi komissiyasının sədri Vladimir Vardanyan və digər rəsmi şəxslər iştirak ediblər.

Paşinyan qeyd edib ki, hazırkı vəziyyətdə dövlət orqanlarının dəqiq işinə ictimai tələbat artır. Görüş iştirakçıları noyabrın 10-da gecə baş vermiş hadisələrlə - hökumət və parlament binasında iğtişaşlar, Milli Məclisin spikeri Ararat Mirzoyana hücum və döyülməsi ilə bağlı araşdırmaların gedişini də müzakirə ediblər.

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Mühasirəyə düşmə videosu yayılan hərbçi Şuşa istiqamətində şəhid olub - Video

SONRAKI XƏBƏR

Futbolçunun xanımından Erol Buluta sərt təpki