Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkür edib

Azərbaycan Müdafiə Nazirliyi Türkiyənin hərbi istehkamçılarının Azərbaycana gəlməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb:

"Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.

Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda binanın şaxtasına düşən şəxs xilas edilib

SONRAKI XƏBƏR

Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik edib