Möhtəşəm qələbəmiz diqqət mərkəzində - VİDEO

Kiyev şəhər meriyasının böyük zalında Qarabağ uğrunda gedən döyüşlərin Ukrayna üçün nəticə və dərsləri mövzusunda konfrans keçirilib. Konfransda yüksək rütbəli hərbçilər, politoloqlar və media ekspertlər iştirak edib. Ukraynada Pilotsuz Uçan Aparatların istehsalı ilə məşğul olan konstruktor bürosunun rəhbəri Yuriy Kasyanov da konfransda çıxış edərək, Qarabağ uğrunda gedən döyüşlərdə PUA-ların rolu haqda danışıb:

"Azərbaycan öz layiqli qələbəsini ilk növbədə ona görə qazandı ki, Azərbaycan ordusu müharibəyə daha hazırliqli idi. Ermənistan ordusu isə pis hazırlanmışdı. Həm taktiki cəhətdən, həm əskərlərin ruh məsələsində, sərkərdələrinin istedadına gəlincə isə, onları yalnız mənfi qiymətləndirmək olar. Azərbaycanın istifadə etdiyi PUAlar isə əlbətdəki kömək oldu, qələbəni tezləşdirdi, Azərbaycan ordusunda itkilərin sayını azaltdı. Bildirmək istəyirəm ki, möcüzəvi silahlar olmur. Hər şeyi döyüş meydanında əskər həll edir. İndi Ukraynada belə bir Fikir yaranıb ki, gəlin biz də PUA-lar, raketlər alaq, kabinetlərdə oturub düymələri basaq və qalib olaq. Belə olmur. Mən Ukrayna cəmiyyətində yaranan mifi dağıtmaq istəyirəm. Ukrayna cəmiyyəti müharibəyə hazır deyil, Azərbaycan cəmiyyətindən fərqli olaraq"

Azərbaycan cəmiyyətinin Qarabağı azad etməyə hazır olmasının səbəblərini isə Ukraynanın tanınmış hərbi jurnalisti, media ekspert Andrey Tsapliyenko açıqlayıb:


"Cəbhə bölgəsində yaşayan insanlarla söhbət edərkən, onların hamısı deyirdi ki biz itkilərə hazırıq, biz canımızdan keçməyə hazırıq, təki Qarabağ məsələsi həll edilsin, işğal olunmuş torpaqlar azad edilsin. Bu məsələdə isə Azərbaycan mediasının böyük əməyi var. 28 il Azərbaycan mediası bu mövzunu unutmadı, bu mövzunun əsas olduğunu anladı. Bax biz bunu onlardan oyrənməliyik"


Döyuşlər getdiyi zaman bir neçə dəfə Azərbaycanda olmuş və cəbhə bölgəsindən reportajlar hazırlayan Andrey Tsapliyenko, Qarabağ uğrunda aparılan informasiya müharibəsindən də danışıb:

"Azərbaycan tərəfi bilirdi ki, Ermənistanın informasiya maşını necə işləyəcək. Bilirdi ki, bu feyk və yalanlardan ibarət taktika olacaq. Azərbaycan özü isə yalan məlumatlardan tamamilə imtina etdi. Azərbaycanın bu sahədə strategiyası belə idi – ya doğru xəbər veririk, ya heç bir xəbər vermirik. Və bu da özünü doğrultdu. Ukrayna üçün də bu təcrübədən istifadə etmək çox vacibdir. Biz anlamalıyıq ki, feyk xəbər taktikası yararsızdır. Bu taktika və strategiya ilə informasiya məkanında qələbə qazanmaq olmaz"

REAL-ın Ukrayna Bürosu

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda Qarabağ ermənilərinə nifrəti kimlər təşkil edir? - ƏTRAFLI

SONRAKI XƏBƏR

Əsirlərlə davranış: Beynəlxalq hüquq nə deyir?