Şanlı tariximizə görə Sizə təşəkkür edirik – Almaniyadan Prezident Əliyevə daha bir müraciət...

Şanlı tariximizə görə Sizə təşəkkür edirik  – Almaniyadan Prezident Əliyevə daha bir müraciət...

“Sizi, Sizin timsalınızda bütün Azərbaycan xalqını böyük Zəfərimiz və Qələbəmiz münasibətilə öz adımdan və rəhbərlik etdiyim təşkilat adından səmimi qəlbdən təbrik edirəm.

Bizə bu sevinci bəxş etdirdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Şükürlər olsun Allahımıza ki, bu günü bizə göstərdi. İndi tam rahat, üzüağ, başımız da uca gəzə bilərik. Dünya müharibə tarixi kitabına qızıl hərflərlə yazılan bu Vətən Müharibəsi bizim tariximizdə ən şanlı səhifədir. Bu yeni şanlı tariximizə görə Sizə təşəkkür edirəm və bir daha səmimi qəlbdən təbrik edirəm. Yaşasın Azərbaycan əsgəri, yaşasın Azərbaycan Ordusunun zabiti, yaşasın Azərbaycanın Ali Baş Komandanı! Biz Sizi sevirik və sonadək tam dəstəkləyəcəyik”.

Bunu Almaniyanın Paderborn şəhərindən Dünya Sudo Federasiyasının prezidenti GM Dr. Sabir Süleyman Prezident İlham Əliyevə müraciətində bildirib.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com