Bu hər liderin hünəri deyil – Lerikin Büzeyir kəndindən Xanış Əliyevin Prezidentə müraciəti…

Bu hər liderin hünəri deyil – Lerikin Büzeyir kəndindən Xanış Əliyevin Prezidentə müraciəti…

Lerik rayonunun Büzeyir kəndindən təqaüdçü, əmək veteranı Xanış Əliyev Prezident İlham Əliyevə müraciət edib.

“Sizə və Sizin simanızda bütün ailə üzvlərinizə özümün və ailəmin atəşin salamını və ən xoş arzularını yetirirəm.

Mən 44 il Vətənimə, xalqıma və doğma Azərbaycana xidmət edib əmək veteranı statusuna layiq görülmüşəm. İcazənizlə özümün və ailə üzvlərimin Sizə olan məhəbbəti ifadə etmək istərdim. İfadəmi ulu öndərimiz, Azərbaycanın xilaskarı Heydər Əliyevin sözləri ilə başlayıram. Ulu Öndər “Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm” - demişdir. Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşadığı zaman Heydər Əliyev xalqımızı xilas etdi. Bu gün hər bir Azərbaycanlı Ulu Öndərin ruhu qarşısında borcludur. Belə bir missiyanın davam etdirilməsi xalqın təkidilə Sizə nəsib olmuşdur. Siz dahi şəxsiyyət, dünya məkanında sözünüzü deyən qüdrətli, qeyrətli Prezident, müdrik siyasətçi, qayğıkeş və ən əsası qətiyyətli, Müzəffər Ali Baş Komandanımızsınız. Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz vardır. Siz mənim qəlbimdə üzdəniraq ermənilərə ilk zərbəni vurarkən xüsusi yer etdiniz. Məhz Azərbaycanın qeyrətli oğlu Ramil Səfərovu Macarıstandan gətirdib əfv etmək hər liderin işi deyil. Onun davamı olaraq Qarabağı geri almaq Sizin dahiyanə siyasətinizin baris nümunəsidir. Şəhidlərimizin qanı yerdə qalmadı.

...Biz həmişə Sizinlə olmuşuq, Sizinləyik və daim da Sizinlə olacağıq. 1991-ci il Vətən Müharibəsində bacım oğlu - Əsgərov Cəbrayıl Fayaz oğlu könüllü döyüşüb şəhid olmuşdur. Hazırda məzarı Bakıdakı Şəhidlər Xiyabanındadır. 2020-ci il Vətən Müharibəsində isə nəvələrim, bacımın nəvələri qəhrəmancasına döyüşlərdə iştirak ediblər. Bu gün xalqımızın sevincinin həddi-hüdudu yoxdur. Bunu xalqa yaşadan Sizsiniz. Xalq Sizi istəyir və ona görə də mən və ailə üzvlərim, qohumlarım istəyirik ki, bir təklif irəli sürək: Azərbaycanda Prezident seçkiləri ləğv edilsin, cənab Prezident İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının əbədi Prezidenti kimi qalsın və ona Milli Qəhrəman adı verilsin” - deyə Xanış Əliyev Prezident İlham Əliyevə müraciətində qeyd edib.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com