Deputat: “Büdcəyə uyğun olaraq qanunda müəyyən dəyişikliklər ola bilər”

Deputat: “Büdcəyə uyğun olaraq qanunda müəyyən dəyişikliklər ola bilər”

44 gün davam Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələndi. Hazırda cəmiyyətdə təkliflər var ki, müharibədə şəhid və qazi olanların ailələri kommunl xidmətlərdən pulsuz yararlansın. AYNA təklifin mümkünlüyün araşdırıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunu xatırladıb: “Bu qanun 1993-cü ildə Heydər Əliyev tərəfindən imzalanaraq, qüvvəyə minib. Həmin qanunun bir neçə maddəsi, məhz sözügedən məsələ ilə bağlıdır. Həmin qanuna uyğun olaraq şəhid ailələrinə müəyyən güzəştlər edilir. Müharibə bitdikdən sonra, şəhid olanlara şəhid adları verildikdən sonra həmin qanunda olan güzəştlər İkinci Qarabağ savaşındakı şəhidlərimizə də şamil ediləcək. İndiyə qədər necə olubsa, o formada da davam etdiriləcək”.
“Lakin şəraitə uyğun olaraq hər şey dəyişə bilər. Büdcəyə uyğun olaraq həmin qanunda müəyyən dəyişikliklər ola bilər. Ola bilsin ki, müəyyən medallarla təltif olunsunlar və hər medala uyğun olaraq da imtiyazlar təyin olunsun. Bütün bunlar gələcəyin işidir”, – deputat bildirib.
İndiyədək məcburi köçkünlərə edilən güzəştlərin şəhid ailələrinə aid edilməsi məsələnəsinə toxunan Nağıyev deyib ki, hələlik məcburi köçkünlərin statusları özlərindədir: “Onların statusunu hələ heç kim ləğv etməyib. Məcburi köçkünlər torpaqlarına bu gün qayıtmırlar. İlk olaraq torpaqlar minalardan təmizlənəcək, evlər bərpa olunacaq və ən sonda onlar öz evlərinə qayıtdıqdan sonra artıq bu məsələyə qayıtmaq olar. Lakin bu gün hələ onların bütün imtiyazları – kommunal xərcləri, edilən güzəştləri öz qüvvəsindədir”.

Mənbə: reportyor.info