Erməni nazir: Azərbaycan malları Ermənistana gələ bilər…

Erməni nazir: Azərbaycan malları Ermənistana gələ bilər…

Mən sadəcə iqtisadiyyatımızın modernizasiyasını və bəlkə də bir gün yolların açılacağını demişəm. Amma siz (jurnalistlər) konteksdən sadəcə axırıncı hissəni səsləndirmisiniz.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın yeni iqtisadiyyat naziri Vaan Keropyan Azərbaycan mallarına Ermənistan bazarının açılacağı barədə sözlərinin geniş rezonans yaratması barədə danışarkən deyib.

O, haqqında söylənənlərin sadəcə manipulyasia olduğunu bildirib:

“Xahiş edirəm, manipulyasiya etməyin! Əlbəttə, mən jurnalist ixtisasına hörmət edirəm, lakin manipulyasiya və mənasız danışıqlara vaxtımı sərf etməyəcəyəm”.

Qeyd edək ki, erməni nazir Rusiyanın “Birinci kanal”ına açıqlamasında gələcəkdə Ermənistan bazarlarının Azərbaycan mallarına açıq olacağını istisna etməmişdi.axar.az

Mənbə: konkret.az