“Le Figaro”: Rusiya yaxın xaricdə nüfuzunu itirirmi? - ŞƏRH

“Le Figaro”: Rusiya yaxın xaricdə nüfuzunu itirirmi? - ŞƏRH

Vladimir Putin postsovet məkanında dəyişən reallıqla barışmağa çalışır. Xüsusən Dağlıq Qarabağdakı son hadisələrdən sonra Rusiya liderinin bölgə üzərindəki təsirini itirdiyini düşündüyü bir vaxtda.

“Rusiya müttəfiqlərini qırmızı xətləri keçəndə belə heç vaxt tərk etmir”. Vladimir Putin bunu dəfələrlə həddini aşan Suriya Prezidenti Bəşər Əsəd haqqında söyləyib. Putinə görə, bu sədaqət Rusiya üçün beynəlxalq aləmdə bir növ cazibə qüvvəsidir.

Qərb siyasətçiləri Liviya lideri Qəddafini tək qoyanda və yaxud kürd müttəfiqlərindən imtina edəndə Kreml siyasi dostlarına sarsılmaz sədaqət göstərdi. Bunun daha bir sübutu 2020-ci ilin oktyabrında oldu. 1990-cı illərin əvvəllərində İrəvan tərəfindən zorla işğal edilmiş Dağlıq Qarabağa qarşı Azərbaycan hərbi hücuma başladı. Qısa zamanda Azərbaycan Ordusu işğal altında olan ərazinin böyük hissəsini nəzarətinə keçirdi. Ermənistanı belə çətin anda köhnə dostu Rusiya qurtardı.

Bütün dünya Putinin xəstəliyindən bəhs edərkən o, elə bi cəldliklə hərəkət edir ki, heç nə görmürsən.

Sual yaranır – Dağlıq Qarabağdakı bu kiçik müharibədə kim və nə qazandı?

Dağlıq Qarabağ ətrafındakı 7 rayonu geri alan Azərbaycan Şuşaya qədər gedib çıxdı. Üstəlik Naxçıvana keçid yolu aldı.Ermənistan Dağlıq Qarabağdakı nəzarətini tam itirdi, Corc Sorosun sevimlisi olan Baş nazir Paşinyan ermənilərin gözündə tamamilə nüfuzdan düşdü və yəqin ki, tezliklə qovulacaq.Türkiyə NATO müttəfiqləri qarşısında təhlükəli düşmən və idarəolunmazdır. Lakin azərbaycanlılar arasında daha populyardır.Putin nə Azərbaycanla, nə Ermənistanla, nə də Türkiyə ilə mübahisə etməməyi bacardı. Putin Dağlıq Qarabağın böyük hissəsini etnik təmizləmədən qurtardı. Putin Ermənistanda başqa Azərbaycanda yeni hərbi baza alır. Bununla da Rusiya bütün Qafqazı nəzarətə götürdü.

Bütün dünya Rusiyanın nüfuzunu itirməsi haqda dedi-qodu etdiyi bir vaxtda Moskva Qarabağdakı münaqişəyə son verdi. Ən maraqlısı odur ki, Rusiya bu uğura hərbi müdaxilə etmədən qazandı. Bundan əlavə, Azərbaycan və Ermənistan ən yaxın dost ölkə olduğunu sübut etdi. Hər şey, şübhəsiz ki, Ermənistan Krımın Rusiyaya birləşməsini qəbul etsəydi, tamamilə fərqli olardı. Çünki hər iki ölkə SSRİ-dən miras qalan ədalətsizlik şəraitində yaşayır.

Rusiyanın bəzi problemləri ola bilər. Ancaq Fransız diplomatiyasının səviyyəsindən baxanda Putinin dahi olduğunu cəsarətlə söyləyə bilərik.

Buludların hər keçən gün daha çox toplandığı bir Qərb ölkəsi kimi yaşadığımız Fransa da daxil olmaqla çevrəmizdəki hər yerdə Makron tamamilə nəzarəti itirir. Bunu görə-görə yenə deyirlər ki, Putin nəzarəti itirir. Siz Allah məni güldürməyin.

Ərdoğanla deyil, Putinlə ittifaqa girməyimiz daha yaxşı olardı. Bizi hara apardığını görürük. Rusiyanın əksər hissəsi Avropa qitəsində yerləşir və eyni mədəniyyəti bölüşürük. On beş il əvvəl Rusiya bizə yaxınlaşmaqdan yaxşı bir şey istəmədi. Amma Rusiyaya hörmətsizliyimiz bizi buraya gətirib çıxardı.

Putinin diktator olduğunu deyirik? Məncə, Macarıstan, Polşa, Rumıniya və s. dövlətlərin prezidentlərindən çox demokratdır Putin.

Belarus Rusiyaya yaxınlaşır (söhbət valyuta və ortaq ordudan gedir), Ukrayna ölkənin şərqindəki yerli seçkilər zamanı Rusiyapərəst bir dalğanı təzədən yaşayır. NATO-ya dəstək verən ukraynalıların sayı artıq 50 faizdən çox azalıb. Bundan əlavə, Ukrayna iqtisadi cəhətdən iflic olub və yaşamaq üçün Rusiyaya yaxınlaşmaq məcburiyyətində qalıb. Ermənistan tamamilə Rusiyadan asılıdır və əhalisi əsasən rusiyapərəstdir. Belə olan şəraitdə hansı təsir itkisindən danışmaq olar?

Putin Rusiya ilə ittifaqdan imtina edərək ABŞ-a yaxınlaşan Ermənistana bir dərs verdi. Allah qorusun, Rusiya ilə həmsərhəd olan digər ölkələr bu yolu tutmaq istəsələr, bunun nəyə gətirib çıxara biləcəyini unutmasalar, yaxşı olar.

Azərbaycan da Ermənistan kimi Rusiyanın müttəfiqidir. Amma Azərbaycan Ermənistandan fərqli olaraq, heç kimə arxa çevirmir, balanslaşdırılmış siyasət aparır.

“Le Figaro”, 29 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az.

Mənbə: konkret.az