"2 koronavirus peyvəndi yeni ildən əvvəl paylanılacaq" ABŞ Səhiyyə naziri

"2 koronavirus peyvəndi yeni ildən əvvəl paylanılacaq" ABŞ Səhiyyə naziri

ABŞ-ın Səhiyyə naziri Aleks Azar yeni növ koronavirusa qarşı inkişaf etdirilən 2 peyvəndin yeni ildən əvvəl paylanılacağını açıqlayıb.

Moderator.az xəbər verir ki, səhiyyə naziri "CBS" kanalında qatıldığı bir proqramda peyvənd çalışmalarında sona çatdıqlarını bildirib.

Azar, "Pfizer"lə yanaşı "Moderna" firmalarının da ABŞ Qıda və Dərman İdarəsindən (FDA) razılıq almaq üçün gözlədiklərini qeyd edib.

Səhiyyə naziri sözügedən peyvəndlərin ABŞ-dakı federal peyvənd paylama proqramına uyğun paylanılacağını və əyalətlərdə istifadə prioritetlərinin əyalət hökumətləri tərəfindən müəyyənləşdiriləcəyini söyləyib.

Kamran

Mənbə: moderator.az