Pakistanda müxalifət İmran Xanın istefasını tələb edir

Pakistanda müxalifət İmran Xanın istefasını tələb edir

Eastnews.org-un verdiyi xəbərə görə, Pakistandakı müxalifət partiyaları İmran Xanın Baş nazir vəzifəsindən getməsini tələb edib.

Pakistandakı müxalifət partiyaları İmran Xanın hökumətini yanlış siyasət yürütməkdə ittiham edərək aksiya keçiriblər.

Aksiya Pakistan polisinin şəhərdəki bir sıra müxalifətçi şəxsləri nəzarətə götürməsindən sonra baş verib.

Hökumət mənbələri həbs olunanların sayının 360 olduğunu bildirirlər, lakin müxalifət partiyaları polisin ən azı 1800 nəfəri həbs etdiyini söyləyir.

Pakistan hökuməti isə koronavirusun yayılmasının qarşısını almaq üçün bütün mitinqləri qadağan edib, lakin müxalifət partiyaları buna əhəmiyyət vermir. Dünənə qədər Pakistanda koronavirusa yoluxanların sayı 398 min, bu ölümcül virusun qurbanlarının sayı isə 25 min olub.

Mənbə: eastnews.org