"Sözsüz bu intervyunyn məzmunu Putinə çatdırılan kimi o görüşdən vaz keçməli idi"

"Sözsüz bu intervyunyn məzmunu Putinə çatdırılan kimi o görüşdən vaz keçməli idi"

Bu gün axırıncı rayonumuz Laçının erməni işğalından azad edilməsi fonunda erməni liderlərin, xüsusilə Paşinyanın xalqına söylədiyi yalanlar xüsusi yer tutur.

Erməni millətçiləri 19-cu əsrin axırlarından bu günə qədər ,saxta tarix yaratmaqla, fövqəladə xalq olduqlarını daima şişirtməklə xalqlarını bu günkü bədbaxt hala gətirib çıxarıblar. 4-5 Dekabrda Moskvaya Putinlə görüşməyə gedəcəyini elen edən Paşinyan ona xas olan lovğalığın qarşısını müvəqqəti belə ala bilmir və əcaib bir intervyu verir. İntervyu başdan ayağa onun necə bir fövqəlada bir qəhrəman olduğuna həsr olunub. Putinlə gündə 5-6 dəfə danışdığını qeyd edir. Bunun yalan olduğu aydındır. Çünki RF-sı boyda böyük dövlətin prezidenti gündə 5- 6 dəfə Ermənistan adlanan kiçik bir dövlətin başçısı ilə gündə 5-6 dəfə danışsın. Çox böyük problemlərin içərisində olan RF (koronavirus, neft və qazın qiymətlərinin aşağı düşməsi, iqtisadiyatın böyük tənəzülə getməsi, dollara görə rublun ucuzlaşması,və sair) prezidentinin Paşinyanın boş nağıllarına qulaq asmağa bu qədər vaxtının olması mümkün deyildir. Ola bilər Putinə zəng edib kimlərləsə danışıb və onunla danışıb kimi təqdim edib lovğalanır.

İntervyusunda Putinə Şuşanın Azərbaycana verilməməsini izah edib və onun indi başa düşdüm dediklərin məntiqlidir deməsini qeyd edir. Bu quş beyin anlamır ki, hətta Putin belə bir şey deyibsə belə onun bu söhbəti açıqlamağa ixtiyarı yoxdur.

Sözsüz bu intervyunyn məzmunu Putinə çatdırılan kimi o görüşdən vaz keçməli idi. Düşünürəm ki, bu səviyyədə özündən müştəbeh olan bir şəxslə Putin ümumiyyətlə görüşməməlidir.

Rəsul Quliyev, ABŞ-da yaşayan eks spiker

Mənbə: moderator.az