1 dekabr 2020-ci il - 28 illik həsrətə son!

1 dekabr 2020-ci il - 28 illik həsrətə son!

Prezident İlham Əliyev: “Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq”

Bəli, hər gün, hər an Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyev xalqımıza qələbə sorağını verdikcə, Liderimizlə, Güclü Ordumuzla, qəhrəman, igid əsgərləirmiz, həmçinin xalqımızla qürur duyuruq. İlk gündən bu günə kimi hər gün sevincli günləri bizə yaşadan Liderimiz İlham Əliyev öz xalqı, qüdrətli Ordusu və rəşadətli əsgərləri ilə fəxr etdiyini, qürrur duyduğunu da deyir. Ancaq bütün bunlara Ali Baş Komandanımız, dövlətimizin başçısı İlham Əliyev cənablarının düşünülmüş uğurlu siyasəti ilə nail oluruq.

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən bu gün 1 dekabr, 2020-ci il tarixi gün Laçın rayonu Ermənistan silahlı qüvvələrinin 28 illik işğalından azad olunur.

Prezident İlham Əliyev: “Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin”

Bu gün mənfur, satqın, işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ və ətraf rayonların hamısının adlarını dəyişərək özləri kimi şərəfsizlər eybəcər adlar qoyublar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları xalqa müraciətində bildirmişdir ki, işğalçı, quldur, saxta Ermənistanın qoyduğu eybəcər adları dəysin onların başına artıq bu adlar yoxdur: “Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur - Suqovuşandır. Biz başqa tarixi adlarımızı da bərpa edəcəyik”.

Bəli, hər sahədə Ermənistan işğalçılıq, təcavüzkarlığı görünüb. İşğal etdikləri Dağlıq Qarabağ və ətrafında olan rayon, kəndlərimizə görün nə adlar veriblər. Ancaq bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın uğurlu diplomatik siyasəti, Güclü Ordumuzun və Rəşadətli əsgərlərimizin şücaəti ilə artıq torpaqlarımız işğaldan azad edilərək Azərbaycan tarixi yazılmaqdadır.

Onların verdikləri eybəcər adlar özləri kimi cəhənnəmə vasil oldular!.

Bəli, onların verdikləri eybəcər adlar özləri kimi cəhənnəmə vasil oldular: Berdzor yox Laçın, Şuşi yox Şuşa, Karvaçar yox Kəlbəcər, İvanyan yox Xocalı, Martuni yox Xocavənd, Mardaket yox Ağdərə, Akna yox Ağdam, Jirakan yox Cəbrayıl, Varanda yox Füzuli, Sanasar yox Qubadlı, Kavsakan yox Zəngilan, Stepanakert yox Xankəndi – bir sözlə, Dağlıq Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır! Bəli, dövlət başçımızın dediyi “Düşmən tapdağında olan torpaqlarımızı azad edəcəyik!” fikirləri, Prezidentimizin qətiyyətlə söylədiyi hər söz, hər kəlmə hər birimizi daxilən səfərbər edib. Çünki dövlətimiz, xalqımız həmişə beynəlxalq hüquq və normalara riayət edib. Biz başqalarına da bu normalar əsasında münasibət göstərmişik və göstərəcəyik. Hər kəs inanır ki, bu Vətən müharibəsi az hamanda qələbə ilə başa çatacaq. Artıq geri çəkilmək kiminsə ağlının ucundan belə keçmir. Necə deyərlər, artıq ox yaydan çıxıb. Bu gün Azərbaycan xalqı sevinc içindədir. Bütün ölkəni o əzm, o yekdillik, o böyük ideal qovuşdurur ki, ancaq irəli! Ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə xalqın bir məqsədi var - Zəfər bayrağını azad olunmuş torpaqlarımıza sancmaq.

Bəli, dekabrın 1-də işğalçı məğrur Laçınımızı tərk etdi və bu Zəfər Bayrağımız Laçınımızda bütün işğaldan azad olunuan torpaqlarımızda dalğalandığı kimi dalğalanır!. Ulu Tanrı Prezidentimiz, Ali Baş Komandanımızı, Müzəffər Ordumuzu, rəşadətli əsgərlərimizi qorusun!.

Qələbə bizimlədir! Çünki Qarabağ bizimdir! Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!

Bəli qisas qiyamətə qalmadı!

Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi: “Qarabağ Azərbaycandır! və nida!» ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

Laçınımız 1992-ci il 18 maydan etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Rayon ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan rayon Azərbaycanın ən qədim insan məskənlərindən biri olmaqla, həm də məbədləri, mağaraları, körpülər, eləcə də çoxsaylı su dəyirmanları var.

Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb. Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü «məğrurluq» mənasındadır.

1 şəhər, 1 qəsəbə, 125 kəndidən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat kilometr, işğaldan sonra 58736 nəfər laçınlı Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Bu gün isə artıq onlar qaçqın deyillər.

28 il əvvəl işğal zamanı 13745 yaşayış evi qarət edilərək yandırılıb, ümumilikdə, Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib, 267 nəfər şəhid verib, 66 laçınlı girov götürülüb.

İşğala qədər orada 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. İşğaldan sonra Laçın RİH Ağcabədi rayonuna köçərək burdakı Taxta körpü köçkünlər qəsəbəsində fəaliyyət göstərir.

İkinci Qarabağ müharibəsindən qabaq Laçın

İşğal dövründə Laçın rayonuna Ermənistandan və son vaxtlar isə Livandan ermənilər köçürülüb. Azərbaycan bu köçürmələri beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Bu təəccüb də doğurmur. Bu onların işğalçılıq, barbarlıq, naqislik, vəhşilik xislətindən irəli gəlir. Dekabrın 1-nə qədər Laçın rayonunu Azərbaycana təhvil verməli olan ermənilər eyni ilə Kəlbəcər və Ağdamda da etdikləri xain əməllərini davam etdirir, qapı və pəncərə çərçivələr daxil olmaqla mümkün ola biləcək hər şeyi götürür, evlərə od vururlar.

İşğalçı şərəfsiz məxluqdular ki, Laçını tərk edənlər: “Biz buraya erməni dövlətinin qurulmasına kömək etmək üçün gəlmişdik”,-demələri bir daha bu alçaq terrorçu vəhşilərin «istəklərinə bax”. Bunu heç vaxt görməmisiniz, görmədiniz də! O zaman 1992-ci ildə Azərbaycan əhalisi Laçından qaçdı, ermənilər isə şəhəri yandırdılar.

Ancaq Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün yetərlidir. Bəli, bu gün əldə etdiyimiz qələbələr apardığımız haqqın, ədalətin bərpasının nəticəsidir. Ali Baş Komandanımız İlham Əliyev cənablarınnı dediyi kimi: “Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır”.

Çünki biz öz torpağımızda ərazi bütövlüyümüz uğrunda vurşuruq və Qələbə də bizim olmalıdır. Dövlət başçımızın dediyi kimi: “Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”.

Və Ermənistanın kapitulyasiyasının təsdiqi olan bəyanata əsasən ermənilər Kəlbəcəri, Ağdamı, dekabrın 1-nə qədər isə Laçın rayonundan işğalçı qüvvələrin qalıqları çıxarıldı. Bu böyük Tarixi Qələbədir!. Bu bir dövlətin, bir xalqın öz haqq işi uğrunda mübarizəsi bütün dünyada nümunə kimi göstəriləcək Qələbədir!. Bu Qələbə Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının Azərbaycana rəhbərliyinin 17 ilinin müqayisəolunmaz QƏLƏBƏSİDİR!

Və bu Qələbə ilə Azərbaycan Prezidenti İlham Əliyev 44 gün ərzində beynəlxalq təzyiqləri layiqincə dəf edərək, bir daha bütün dünyaya sübut etdi ki, heç bir qüvvə Azərbaycanı özünün haqq yolundan döndərə bilməz.

“Heç bir qüvvə Azərbaycanı özünün haqq yolundan döndərə bilməz”

Bəli, bu gün məhz Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyv cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazır. “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”. Artıq o gün uzaqda deyil. Bu qələbə Prezidentimizin diplomatik siyasətinin, Güclü Ordumuzun və rəşadətlit əsgərlərimizin şücaəti nəticəsində əldə olunanq Qələbədir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI

Mənbə: sia.az