Laçındakı mədəniyyət abidələrinin sayı məlum oldu

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Laçın rayonunun işğal azad edilməsi barədə yazıb.

O, bu barədə “Twitter” hesabında paylaşım edib.

“Biz Laçınımıza mədəniyyəti qaytarırıq. Biz bərpa edəcəyik! QarabağAzərbaycandır”, - deyə A.Kərimov qeyd edib.

Nazir müavini Laçın rayonunda yerləşən mədəniyyət abidələrinin də sayını açıqlayıb:

“73 tarixi mədəniyyət abidəsi, 51 mədəniyyət evi, 75 kitabxana, beş musiqi məktəbi, iki muzey, bir qalereya”.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Bu cür real hadisələri biz mütləq ekranlaşdırmalıyıq...”

SONRAKI XƏBƏR

Bayraq: Bizi biz edən dəyər...