Bayraq: Bizi biz edən dəyər...

Bayraq: Bizi biz edən dəyər...

“Sizi sevirəm.

“Siz “bayrağım” deyərkən titrəyir, “Vətənim” deyərkən sarsılırsınız”.

G.Azak

Bayrağın demək olar ki,bütün xalq və dövlətlərdə müqəddəs hesab edildiyi, ona münasibətdə xüsusi hörmətvə ehtiram sərgiləndiyi məlumdur. Azərbaycan xalqının isə bayrağa münasibətdə ikiqathəssas və duyarlı münasibət bəslədiyi, onu bütün müqəddəsliklərin fövqündə tutduğukimsəyə sirr deyil.

Bu günlərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyatfakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Pərviz Məhəmmədovun bayrağahörmətsiz münasibət göstərməsi və buna görə universitetdən xaric edilməsi iləbağlı olay ətrafında yaşananlar da, bayrağın xalqımız üçün nə qədər müqəddəs vəuca olduğunu təsdiq etdi.

 

Hər şeydən öncə qeyd edəkki, BDU hər zaman bayraq sevgisinin, bayraq məhəbbətinin uca tutulduğu, busevginin təlqin və təbliğ edildiyi təhsil müəssisəsi olub. BDU-nun hazırkı rəhbərliyidə öz vətənpərvərliyi, bayrağa, torpağa,dövlətə olan sevgisi ilə örnək ziyalı kimi tanınıb sevilməkdədir. Hansı ki, bu faktların özündə də tələbələrinbayrağa münasibətdə öyrənməli olduğu çox şey mövcuddur. Ümumilikdə isə,bayrağın bir xalq, bir dövlət olaraq həyatımızdakı rol və önəmini bütün incəlikləriilə xarakterizə edən ən mühüm olay isə heç şübhəsiz Vətən Müharibəsidir.

Sentyabrın 27-də başlayanvə noyabrın 10-da başa çatan Vətən Müharibəsi, bu müharibə əsnasında bayraquğrunda verilən qurbanlar, yarıda kəsilən ömürlər, düşmən mərmisi iləparçalanan və həmişəlik vətən topağına qarışan əzalar, bu torpağın hər qarışında iz qoyan şəhid qanı– bir sözlə, bütün fədakarlıqlar bayraq uğrunda, onun yenilməzliyi və əzəmətiuğrunda törədilib. Göstərilən hər bir qəhrəmanlığın, hər bir şücayət vəigidliyin arxasında bayraq faktoru – onu dik tutmaq, irəli daşımaq və qürurladalğalandırmaq amili dayanıb. Minlərlə şəhidimiz başımız üzərindəki üçrənglibayraq yaşasın deyə, öz yaşamından, gəncliyindən və gələcəyindən imtina edib.Minlərlə ana vətənə qurban dediyi övladının yerinə bayrağa sarılıb, onu öpüboxşayıb. Minlərlə şəhid övladı “ata” deyəndə nəzərlərini bayrağa dikib, bayrağıtimsalında atalarının da yaşadığını, var olduğunu düşnüb. Belə olan haldabayrağa zərrə qədər də olsun hörmətsiz münasibət bəsləmək bağışlanılmazdır.Çünki bayrağa edilən bu hörmətsizlik mahiyyət etibari ilə bayrağı bayraq edənlərə,onun uğrunda həyatını qurban verənlərə edilən hörmətizlikdir. Bunun isəbağışlanacaq, anlayışla qarşılana biləcək tərəfi yoxdur.

Bayrağın hər bir azərbaycanlıüçün hansı anlam daşıdığını və daşımalı olduğunu anlamaq baxımından Alıi BaşKomandanın bayrağa olan münasibətinə nəzər salmaq kifayətdir. Özünün bütünsiyasi fəaliyyəti dönəmində bayraq amilinə hədsiz hörmət və sevgi ilə yanaşan,onu göz bəbəyi kimi qorumağın vacibliyinə diqqət çəkən ölkə başçısı, müharibədənsonra işğaldan azad edilən bölgələrə səfərləri zamanı da Azərbaycan bayrağına olanmünasibətini bir daha ortaya qoymuş, bayrağı diz çökərək salamlamışdı. Dəmiriradəli liderin bayraq qarşısında diz çökməsi, bayraq qarşısında əyilməsi gerçəyiAli Baş Komandanın bayrağa verdiyi dəyərin göstəricisidir. Hansı ki, ölkəbaşçısının bayrağa olan bu münasibəti bizim hər birimiz üçün nümunədir. Və bunümunədən çıxara biləcəyimiz yalnız bir nəticə mövcuddur: “Bayraq hər kəsdən, hərşeydən uca və müqəddəsdir və bayraqdan yuxarıda yalnız Tanrı mövcuddur”.

Mənbə: moderator.az