Paşinyan məhkəmədə uduzdu

Paşinyan məhkəmədə uduzdu

Yerevan inzibati məhkəməsi başç nazir Nikol Paşinyana qarşı qaldırılmış məhkəmə iddiası barədə hökm çıxarıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təbiətin mühafizəsi xidmətinin inspeksiya idarəsinin rəis müavini çalışan İqor Sarkisyan Paşinyana qarşı məhkəmə iddiasə qaldırmışdı.

Şikayətçi onun işdən azad olunması barədə baş nazirin 2019-cu il 23 dekabr tarixli qərarının ləğv olunmasını tələb edib. Məhkəmə onun iddiasını təsdiqləyərək, işində bərpa olunmasını və kompensasiya alması barədə hökm çıxarıb.

 

Mənbə: pia.az