Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi qarşısında – həyatı və ölümü...

Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi qarşısında – həyatı və ölümü...

Əhmədiyyə Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. İkinci dünya müharibəsinin iştirakçısı, əfsanəvi partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Qarabağ müharibəsi şəhidi Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası Əhmədiyyə Cəbrayılov “Armed Mişel”, “Ryus Armed”, “Xarqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir.

1934-cü illərdə komsomol sıralarına qəbul olunur, 1935-ci ildə isə Şəkidə Kənd Təsərrüfatı Texnikumunun Zootexnika və Aqronomiya fakültəsinə daxil olur. Bu texnikumu bitirib, növbəti illərdə Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonları zonasında ipəkçi kimi işləyir. 1940-cı ildə Kommunist Partiyasına daxil olur.

Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alır. 1942-ci ilin aprelində Ukraynanın Donbas şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur və tez bir zamanda baş leytenant rütbəsi alır.

1942-ci ilin aprel və ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulur. Həmin dövrdə 350-ci polk Şimali Donets çayının sahilində, İzyum çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür. 1943-cü ildə Daxau həbs düşərgəsinə göndərilir və birinci dəfə qaçmağa cəhd edir, lakin cəhd baş tutmur və Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir. Bu həbsxanada o, vərəm xəstəliyinə tutulur.

1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra Əhmədiyyə faşistlərdən qisas almaq üçün qəti qərara gəlir. Fransız dilini öyrənir və almanlara qarşı gizli fəaliyyətə başlayır. İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişdilər.

1945-ci il 1 martda o, 3-cü briqadanın 4-cü eskadronuna daxil olur. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olmuşdur. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman, yaralanmış və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi qospitalında müalicə almışdır. Müalicəsi bitdikdən sonra, Albi şəhərinə hərbi komendant təyin olunmuşdur. Bir müddət alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürmüşdür. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil vermişdir. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.

Müharibədən sonra

25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirmiş və o, Moskvaya çağrılmışdır. 1968-ci ildə Sovet hökuməti tərəfindən “vətən xaini” adı onun üstündən götürülür və bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur.

1976-cı ildə müharibədəki iştirakına görə “Oktyabr İnqilabı Ordeni” ilə təltif olunur.

1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülür — Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal.

Vəfatı

1994-cü il 10 oktyabrda Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olur. Yük maşını telefon budkasına çırpılır, həmin an Əhmədiyyə budkanın içində olur. O, Oxud kənd qəbristanlığında dəfn edilir.

Fransa mükafatları

Əhmədiyyə Cəbrayılovun ev-muzeyində saxlanılan Fransa mükafatları

Əhmədiyyə Cəbrayılov Fransanın 8 hərbi mükafatı ilə təltif olunmuşdur:

Hərbi medal (saxlanılmayıb, bu və bu şəkillərdə görmək olur)

- Hərbi medal (saxlanılmayıb, bu və bu şəkillərdə görmək olur)

- Hərbi xaç (ev-muzeyində saxlanılır)

- Könüllü hərbi xidmət xaçı (ev-muzeyində saxlanılır)

- Müharibədə yaralanma medalı (ev-muzeyində saxlanılır)

- Döyüşçü xaçı (ev-muzeyində saxlanılır)

- 1914-1918 müharibəsi yadigar medalı (saxlanılmayıb, bu və bu şəkillərdə görmək olur)

- Könüllülər cəmiyyəti medalı (ev-muzeyində saxlanılır)

- Milli tanınma medalı (ev-muzeyində saxlanılır)

SSRİ mükafatları

Əhmədiyyə Cəbrayılovun ev-muzeyində saxlanılan SSRİ və Russiya mükafatları

- II Dərəcəli Vətən Müharibəsi Ordeni (ev-muzeyində saxlanılır)

- "Qırmızı Əmək Bayrağı" ordeni (ev-muzeyində saxlanılır)

- "Oktyabr İnqilabı" ordeni (ev-muzeyində saxlanılır)

- "İgidliyə görə" medalı (ev-muzeyində saxlanılır)

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı (ev-muzeyində saxlanılır)

- "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı (ev-muzeyində saxlanılır)

- "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı (ev-muzeyində saxlanılır)

- "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı (ev-muzeyində saxlanılır)

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı (ev-muzeyində saxlanılır)

- "Böyük Vətən müharibəsində qələbənin 25 illiyi" nişanı (ev-muzeyində saxlanılır)

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı (ev-muzeyində saxlanılır)

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı (ev-muzeyində saxlanılır)

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" nişanı (ev-muzeyində saxlanılır)

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 35 illiyi" nişanı (ev-muzeyində saxlanılır)

- "Əmək veteranı" medalı (ev-muzeyində saxlanılır)

- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (ev-muzeyində saxlanılır)

- "DOSAAF-ın 50 illiyi" nişanı (ev-muzeyində saxlanılır)

- "1973-cü ilin Sosialist Müsabiqəsi Qalibi" nişanı (ev-muzeyində saxlanılır)

- "1974-cü ilin Sosialist Müsabiqəsi Qalibi" nişanı (ev-muzeyində saxlanılır)

- "1975-ci ilin Sosialist Müsabiqəsi Qalibi" nişanı (ev-muzeyində saxlanılır)

- "1976-cı ilin Sosialist Müsabiqəsi Qalibi" nişanı (ev-muzeyində saxlanılır)

- "1980-ci ilin Sosialist Müsabiqəsi Qalibi" nişanı (ev-muzeyində saxlanılır)

- "Azərbaycan SSR komsomolunun 60 illiyi" nişanı (ev-muzeyində saxlanılır)

Rusiya mükafatları

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı (ev-muzeyində saxlanılır)

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi" yubiley medalı (ölümündən sonra, ev-muzeyində saxlanılır)

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı (ölümündən sonra, ev-muzeyində saxlanılır)

Bakı şəhəri, Sabunçu rayonu,

Balaxanı qəsəbəsi, №69 saylı tam orta

məktəbin 9a sinif şagirdi

Əliyeva Gülgül,
Tərbiyə işləri üzrə direktor müavini İsmayılova Yeganə

Mənbə: www.baki-xeber.com