Qadın bələdiyyə sədrindən ibrətamiz addım - Əlli aztəminatlı ailəyə qurban payı verdi...

Qadın bələdiyyə sədrindən ibrətamiz addım -  Əlli aztəminatlı ailəyə qurban payı verdi...

Cəlilabad rayon Muğan kənd bələdiyyəsinin sədri Aygün Məlikova bununla yanaşı, İkinci Qarabağ savaşında şəhid olan kəndin üç şəhidinin yolunu da təmir edib.

A.Məlikova Muğan kənd bələdiyyəsinə bu il təyin edilib. O, kəndin ilk qadın bələdiyyə sədridir. Onun vaxtına qədər Muğan bələdiyyəsində daim hərc-mərclik olub. Ötən il direktorların imtahanında iştirak edərək uğurlu nəticə əldə etdiyi üçün Təhsil Nazirliyi tərəfindən Muğan kənd orta məktəbinə direktor təyin edilən A.Məlikova, bu il də kəndin bələdiyyə sədri seçilib.

Xanım bələdiyyə sədri vəzifəyə təyin olunan gündən sakinlərin probleminin həlli istiqamətində işlərə başlayıb. A.Məlikova qurban payını isə öz vəsaiti hesabına gerçəkləşdirib və Moderator.az-a açıqlamasında bildirib ki, qələbə çalmağımız münasibətilə o, bu addımı atıb:

“Qarabağ döyüşləri başlayanda belə bir niyyət etmişdim ki, ordumuz qələbə çalsın mən də qurban kəsəcəm. Şükür ki, Allah niyyətimi qəbul etdi və biz Qarabağ döyüşlərində düşmən üzərində qələbə çaldıq. Bu gün isə Qarabağ əlilləri, şəhid ailələri və aztəminatlı ailələr daxil olmaqla 50 ailəyə qurban payı verdik. Allah Ali Baş Komandanımızı, Ordumuzu qorusun. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.

Vasif Əlihüseyn

 

 

 

Mənbə: moderator.az