Masallının Köhnə Alvadı kəndindən Arastun Əliyev Prezidentə yazır – Bu müharibədə Siz xalqın dilində əzbər oldunuz...

Masallının Köhnə Alvadı kəndindən Arastun Əliyev Prezidentə yazır – Bu müharibədə Siz xalqın dilində əzbər oldunuz...

“Məlum olduğu kimi, 27.09.2020-ci il tarixindən başlayaraq mənfur qonşumuz olan erməni faşistlərinin ərazilərimizə yeni təcavüzünün qarşısını almaq və onları qovub işğal etdikləri torpaqlarımızdan çıxarmaq məqsədilə Sizin komandanlığınızla silahlı qüvvələrimiz düşmənə qarşı əks hücum əməliyyatına başlamış və 44 gün davam edən bu müharibədə düşmən darmadağın edilmişdir.

Əlbəttə, bu qalibiyyətin kökündə yuxarıda Allahın qüdrəti, aşağıda Prezident-xalq, xalq-Ordu, Ordu-dövlət yekdil birliyi həlledici rol oynayırdı.

Məhz bir yumruqda birləşən gücümüzü Sizin dediyiniz kimi “düşmənin başına endirib əzib keçdik”. Bundan əlavə, düşməndən fərqli olaraq bizim xalqın Vətən sevgisi insanları cəbhəyə dartırdı. Belə ki, Sizin bir çağırışınızla minlərlə gənc vətənpərvər ərizə yazıb könüllü olaraq cəbhəyə yollandı. Mənim nəvəm də könüllü olaraq cəbhəyə yollandı, hazırda Füzulidə xidmət edir.

...Bu Vətən müharibəsində Siz bir daha xalqın dilinin əzbəri oldunuz və bu gün bu xalq sevgisi heç vaxt bitib tükənməz.

Müharibənin gedişində gündəlik olaraq cəbhə xəbərlərini, o cümlədən igid əsgər və zabitlərimiz tərəfindən azad edilmiş ərazilərimiz barədə şad xəbərləri Sizin dilinizdən eşitmək insanları sevindirməklə yanaşı, böyük ruh yüksəkliyi yaradırdı. Çünki onlar bu xəbələri sıradan birisindən deyil, Ali Baş Komandan olan ölkə Prezidentinin dilindən eşidirdi.

Sizin “Nə oldu Paşinyan?” yaxud da “Biz onları iti qovan kimi qovacağıq” sözləriniz bütün xalqın qürurunu ifadə etməklə yanaşı, xoş əhval-ruhiyyə yaradan deyimlərə çevrilmişdir. Bu ifadələr xalqımıza Qələbəyə gedən yolu göstərirdi.

...Biz bir xalq olaraq qürur duyuruq və fəxr edirik ki, nə yaxşı ki Siz bizim Prezidentimizsiniz.

Sizin daxildə yaratdığınız stabillik və xarici diplomatiya sahəsində əldə etdiyiniz nailiyyətlər sayəsində biz bir xalq olaraq və bir dövlət olaraq özümüzü təsdiq edə bildik.

İnanırıq ki, bundan sonra da Azərbaycan inkişaf edib dünyanın ən nüfuzlu dövlətlərindən biri olacaqdır.

Allah Sizi qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”

Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Masallı rayonunun Köhnə Alvadı kəndindən Arastun Əliyev qeyd edib.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com