İstanbuldan "Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik" dərnəyinin rəhbəri Şərqiyyə Məmmədova Prezident Əliyevə yazdı...

İstanbuldan "Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik" dərnəyinin rəhbəri Şərqiyyə Məmmədova Prezident Əliyevə yazdı...

Türkiyə Respublikasının İstanbul şəhərindən İstanbulda "Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik" dərnəyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədova Prezident İlham Əliyevə müraciət edib:

“Öncə Sizi və bütün xalqımızı möhtəşəm qələbəmiz münasibəti ilə ürəkdən təbrik edirik. Siz Azərbaycan xalqının mənliyini özünə qaytardınız, 30 il davam edən ağır "məğlub xalq" damğasını üzərimizdən götürdünüz. Düzdür, müharibənin sonu elan edilməmişdi, ancaq biz mənəvi dəyəri olan torpaqlarımızı itirmişdik, həm də aciz şəkildə. Çünki xalqımızı mənfur daxili düşmənlər satmışdı, qeyrətli vətəndaşlarımız öz el-obasını qoyaraq yurdunu tərk etməli olmuşdu. Artıq bunlar sadəcə tarix kitablarında və insanların yaddaşında qaldı. Bu gün Azərbaycan başda Ali Baş Komandan olmaqla öz gücünü, iradəsini, vətənpərvərliyini bütün dünyaya sübut etdi. Xalqımız göstərdi ki, biz heç də miskin, pərakəndə, aciz xalq deyilik. Xalq dəmir yumruq olaraq vahid komandanlıq altında birləşdi, Ordusunu göz bəbəyi kimi qorudu, ruh yüksəkliyi verdi. Bu birliyi hiss edən Ordu isə zəfərlə döndü.

Yaşasın Azərbaycan Xalqı! Yaşasın Ali Baş Komandan!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Biz Sizə bundan sonrakı fəaliyyətinizdə də möhtəşəm uğurlar arzulayırıq!

Qardaş Türkiyədə olsaq da, qəlbimiz daim Vətənlə döyünür. Biz də qələbəmizə dəstək olaraq torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərən əsgərlərimizə hər şeyimizi qurban verməyə hazır olan xalqımızın nümayəndəsi kimi onların səngərlərdə soyuqdan qorunması üçün yardım etməyi özümüzə borc bilirik. Bunun üçün İstanbulda fəaliyyət göstərən "Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik" dərnəyi olaraq qış mövsümündə səngərdə gecələyən əsgərlərimizin ehtiyacını nəzərə alıb humanitar yardım məqsədi ilə 25-30 dərəcə istiliklə təmin edən 250 ədəd standart yataq tulumundan ibarət humanitar yardımı İstanbuldan Bakıya göndərmək niyyətindəyik”.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com