“Sayənizdə Paşinyan ermənilərin üz qarası oldu”
“Əvvəla Salam olsun qələbə çalmış, uğurlara imza atmış, torpaqlarımızı işğaldan azad etmiş Sizə və Sizin ətrafınızda bir yumruq kimi birləşmiş, Sizin bütün əmrlərinizi səhvsiz yerinə yetirən müzəffər ordumuza!
Müzəffər Ali Baş Komandan, bu gün mən bir şəhid anası kimi çox xoşbəxtəm, ona görə ki, Siz şəhid ailələri qarşısında söz verdiyiniz kimi şəhidlərimizin qanını yerdə qoymadınız. Biz Sizə minnətdarıq.
Siz ermənilərin başına elə bir yumruq vurdunuz ki, onlar bir də çətin özlərinə gəlsinlər. Sizin sayənizdə Paşinyan ermənilərin üz qarası oldu.
Çox sağ olun, mənim Ali Baş Komandanım. Biz - şəhid anaları Sizi çox sevirik və daim Sizin yanınızdayıq.
Allah Sizi qorusun! Amin!”
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Goranboy rayonu, Qızılhacılı qəsəbəsindən şəhid anası Afaq Hüseynova bildirib.
Baki-xeber.com
Mənbə: www.baki-xeber.com