Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-da Prezident seçkilərində qalib gələn Co Bayden ilə bağlı açıqlama verib.
Sergey Lavrov açıqlamasında bildirib ki, ABŞ-ın gələcək administrasiyası ilə qarşılıqlı hörmət prinsipi əsasında işləmək istəyir.
"Biz xarici siyasətimizi düşmənçilik üzərində qurmamışıq. Məqsədimiz beynəlxalq sülhə xidmət etməkdir", - deyə Sergey Lavrov diqqətə çatdırıb.
Nazir qeyd edib ki, ABŞ-dakı hazırki hökumət dövlətlərlə münasibətləri gərginləşdirmək istiqamətində siyasət aparır.
Mənbə: TASS
Mənbə: eastnews.org