“Moldovanın AAİİ-də iştirakı şübhə doğurur” – Maya Sandu

“Moldovanın AAİİ-də iştirakı şübhə doğurur” – Maya Sandu

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu bəyan edib ki, dekabrın 24-nə nəzərdə tutulmuş inuqurasiyadan sonra Xarici Işlər və Avrointeqrasiya Nazirliyi (XİNAİ) ilə birlikdə Moldova Respublikasının Avrasiya İqtisadi İttifaqında (AAİİ) müşahidəçi statusu almasının qanunauyğunluğu məsələsini öyrənəcək.

Bu barədə o, noyabrın 30-da keçirilən brifinqdə elan edib və dəiqləşdirib ki, artıq respublikanın MDB ilə azad ticarət barədə müqaviləsi var.

«Mənə o qədər də aydın deyil, bu qərar qəbul edilərkən bütün prosedurlara əməl olunubmu? Mən, vəzifəmin icrasına başlayandan sonra, XİNAİ Nazirliyi ilə danışıqlar aparacağıq ki, müəyyən edək - bu qərar mütləq qanunidirmi?» - Sandu qeyd edib.

Onun sözlərinə görə, Moldovada biznesin aparılması planında MDB ilə problem yoxdur.

«Bizim komersiya-ticarət problemimizin olduğu yeganə ölkə Rusiyadır. Amma bunu ikitərəfli formatda həll etmək lazımdır. Və biz, müraciət edəcəyik ki, Moldova üzərindən ixrac məhdudiyyəti götürülsün» - Sandu bildirib.

 

Mənbə: azpolitika.info